Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə bütün dünya üzrə keçid alınmış vaksinasiya mərhələsini də Azərbaycan uğurla başlamış və davam etməkdədir.

04 fevral 2021 | 16:00

Səhiyyə sahəsindəki daha çox inkişafa nail olmaq üçün göstərdiyimiz fəaliyyətin daha bir nümunəsi olan Abşeron Rayon Mərkəzi xəstəxanası Azərbaycan Respublikasının Prezdineti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verildi.
Abşeron rayon mərkəzi xəstəxanası nəzdində yerləşən Abşeron rayon Poliklinikası, Abşeron rayon uşaq poliklinikası və təcili təxirə salınmaz tibbi yardım stansiyasının köçürüldüyü binanın həm memarlıq, həm də avadanlıq təchizatı sarıdan yüksək səviyyədə təhvili, tibbi heyətin iş prosesinin daha yüksək standartlara cavab verməsinə, vətəndaşlara daha yaxşı xidmət göstərilməsinə hesablanmışdır.
Həqiqətən də 17 il əvvəl verilən söz tam yerinə yetirilmiş sayılır. Biz bu gün qara qızılın insan kapitalına necə çevrilməsinin, vətəndaşların həyat şəraitinin, sosial rifahının müsbət istiqamətdə, hansı səviyyyədə inkişafının şahidi oluruq. Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq illərdir ki, hər il kütləvi şəkildə müayinədən keçirilmə prosesi davam etməkdədir ki, bu prosesin də həyata keçirilməsi üçün yaxşı tibbi baza və tibbi şərait lazımdır. Bəli, biz bu gün bu şəraiti qurmuş, gənc bir ölkəyik. Pilot layihələrin mərhələli şəkildə həyata keçirilməsi, icbari tibbi sığorta və digər proseslər, 3 böyük şəhərdə səhiyyə sistemində yüksək müsbət dəyişikliklərə və inkişafa zəmin yaratdı.
Əbəs yerə deyil ki, pandemiya dövründə Covid-19 virusu ilə mübarizədə “Azərbaycan modeli” anlayışı yaranması, dünyada məhşur olan rəy sorğusu şirkəti olan “Gallup” şirkətininin keçirdiyi sorğuda iştirak edənlərin 86 faizinin dövlətin bu sahədəki fəaliyyətindən razı qalması gənc bir dövlət üçün dünyəvi müstəvidə müsbət imic yaratmışdır.
Pandemiya dövründə, bütün dünyanın keçdiyi mürəkkəb bir müddət ərzində Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlət və sədrlik edən ölkə olaraq 30-dan çox qonşu ölkəyə həm tibbi həm humanitar yardım göstərmiş, eyni zamanda ÜST-a 10 milyon dollar məbləğində yardım göstərmişdir.
Pandemiya dövründə bütün dünya üzrə keçid alınmış vaksinasiya mərhələsini də Azərbaycan uğurla başlamış və davam etməkdədir. Bu gün Azərbaycan bölgədə bu sahə üzrə də birincidir. Eyni zamanda ölkə rəhbərinin təşəbbüsü ilə COVAKS təşəbbüsünün üzvü olan ölkəmiz üçün, gələcəkdə də vaksinlərin ölkəyə gətirilməsində heç bir çətinlik yaranmayacağını da vurğulamalıyam.
Abşeron Rayon Mərkəzi xəstəxanasının açılışı zamanı verdiyi müsahibədə Qarabağda görüləcək abadlıq və yenidənqurma işlərinə də toxunan Prezident Şuşanı mədəniyyətin paytaxtı elan etməsini yenidən vurğulamış, Şuşada və ümumilikdə Qarabağda ölkə əhalisinin sosial rifahını yüksəldəcək şəraitin yaradılacağını bir daha, qətiyyətlə qeyd etmişdir.

Suraxanı Gənclər və İdman İdarəsinin əməkdaşı Zülfiyyə Mustafayeva

Keçidlər