Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev və müasir səhiyyə

04 fevral 2021 | 16:00

Tibb sahəsi dünyada çox inkişaf etmişdir. Müasir dövedə uzaq məsafədən əməliyyatlar, simulyatorlar, transplantasiyalar, qısamüddətli göz əməliyyatları, süni orqanlar, estetik əməliyyatlar, plazma dəyişikliyi, implantasiya və s. günümüzdə aktualdır. Bu gün ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Xəstəxananın açılışında iştirak edən cənab Prezident İlham Əliyev müsahibə zamanı işsizlik probleminə, sağlamlıq məsələlərinə də toxundu: “Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası bir daha onu göstərir ki, bu sahədəki fəaliyyətimiz ardıcıl şəkildə davam etdirilir və Abşeron rayonunda da müasir xəstəxana artıq fəaliyyət göstərir. Bunun üstünlüyü, eyni zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı, amma indi burada artıq həm xəstəxana, poliklinika, uşaq poliklinikası, doğum şöbəsi, təcili tibbi yardım şöbəsi – bütün şöbələr bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə ki, bu, insanların rahatlığı üçün də çox önəmlidir”.
Həqiqətən də diqqət yetirsək, bu qədər iş asanlıqla başa gəlmir. Atalar demiş:”Qıraqdan döyüş asan gələr”. Bu qədər tibbi avadanlıqlara, işçilərə sərf olunan maddi vəsait, vaxt və s. çox uzun və əziyyətli prosesdir. Lakin biz Azərbaycan olaraq, xalq olaraq bunun öhdəsindən gələ bilirik. Koronavirusun dünyanı çökdürdüyü vaxtda isə Azərbaycan ayaq üstə qala bilir. Bu müddət ərzində gücümüzün fərqinə vardıq və bəzi şeylərin dəyərini bilməyə başladıq.

E.Cəfərov adına 118№-li tam orta məktəbin direktoru Ağcayev Nizaməddin Fərhad oğlu

Keçidlər