Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral Azərbaycan Gəncləri Günüdür!

02 fevral 2021 | 16:00

Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. Amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldu və onların hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.
Vətən müharibəsində şəhid olan gənclərimizi Gənclər Günündə bir daha ehtiramla anır, onların ruhu qarşısında baş  əyirik. Xalqımız onların əziz xatirəsini hər zaman uca tutacaq.

Keçidlər