Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün, yanvarın 29-u Vətən uğrunda haqq savaşının qəhrəmanı, gəncliyini, ömrünü vətənə fəda edən Şəhidimiz Əsgərov Rüfət Qabil oğlunun doğum günüdür.

29 yanvar 2021 | 16:00

Yanvarın 29-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və Aparatın əməkdaşları 44 günlük Vətən müharibəsində müqəddəs amal uğrunda – xalqın azadlığı, Vətənin bütövlüyü uğrunda son nəfəsinədək vuruşaraq şəhadətə qovuşan Əsgərov Rüfət Qabil oğlunun əziz xatirəsini doğum günündə yad edib, ailə üzvlərinə baş çəkərək ərzaq yardımı göstəriblər.
Ölümü ilə ölümsüzlük qazanan Şəhidimizə Allahdan rəhmət diləyən RİH başçısı Əziz Əzizov onun valideynlərinə, doğmalarına səbr, dözüm arzulayıb.
Əziz Əzizov adını xalqın tarixi yaddaşına həkk edən, Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyən, qəhrəmanlıq nümunəsi yaradan Şəhidlərimizin heç zaman unudulmayacağını, ailələrinin daim diqqət və qayğı ilə əhatə olunacağını, həmçinin dövlətimiz tərəfindən onların problemlərinin həlli ilə bağlı bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirib.
Qeyd edək ki, Şəhidimiz Rüfət Əsgərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər