Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

22 yanvar 2021 | 16:00

Tarixi qələbənin qazanılması uğrunda şücaət göstərən Suraxanı rayon şəhidlərinin ailələri və yaralı hərbiçilərimizlə mütəmadi olaraq görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHBA-nın əməkdaşları torpaqlarımızın düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan İsmayılzadə Məhəmməd Fizuli oğlunun ailəsini ziyarət ediblər.
RİH başçısı Əziz Əzizov və Sevinc xanım Fətəliyeva Şəhidin ailəsinə bir daha başsağlığı verərək, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, qətiyyətli siyasəti, Silahlı Qüvvələrimizin daim artan gücü və qüdrəti sayəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən oğulların ölməzliyini və əbədiliyini bir daha vurğulayıblar.
Qeyd edək ki, Şəhidimiz Məhəmməd İsmayılzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər