Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz igid qəhrəmanımız Orucov Səbuhi Vahid oğlunun doğum günüdür.

21 yanvar 2021 | 16:00

 Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini və Aparatın əməkdaşları Vətən uğrunda canından keçmiş Şəhidimiz Orucov Səbuhi Vahid oğlunun əziz xatirəsini doğum günündə yad edərək ailə üzvlərinə baş çəkmişlər.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin və Birinci Vitse prezident Mehriban xanım Əliyevanın şəhidlərin adının uca tutmasından, onların ailələrinin sosial məsələlərinin həll edilməsinə xüsusi qayğı ilə yanaşmasından söhbət açan Əziz Əzizov Şəhid Səbuhi Orucovun ailə üzvlərinin qayğıları ilə maraqlanaraq, problemlərinin həlli üçün zəruri tədbirlərin aidiyyəti qurumlar tərəfindən əlaqəli şəkildə həyata keçirildiyini bildirmişdir.
RİH başçısı Şəhidimiz Səbuhi Orucovun timsalında Vətən müharibəsində düşmənə boyun əyməyən, adlarını xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazan qorxubilməz Şəhidlərimizə rəhmət, onların doğmalarına Allahdan səbr diləmişdir.
Qeyd edək ki, Şəhidimiz Səbuhi Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Cəbrayıl, Laçın, Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə, “Laçının azad olunmasına görə” medalı ilə, “Qubadlının azad olunmasına görə” medalı təltif edilmişdir.

Keçidlər