20 Yanvar faciəsindən 31 ilin 31 min dərdindən bəlasından sıyrılıb çıxdıq hamımız.
31 illik zaman kəsiyində itkilərimiz də oldu, əbədi ayrılıqlarımız da... Ancaq heç birisinin dəhşəti, xofu, göynərtisi, 20 Yanvara açılan o qanlı sabahın acısı qədər bizi yandırmadı. 20 Yanvardan bəri 20 milyon qərənfilin göz yaşları ilə yuduq Şəhidlər Xiyabanındakı məzar daşlarını...1990, 19-dan-20-sinə keçən gecə!? Güllə səsləri.....insan harayları....yaralılar....ölülər.... O gecə yollara niyə daş ələmədin ilahi! Axı o gecə dünyanı dünyalıqdan çıxartmışdılar. Axı o gecə yeni Kərbəla müsibəti törətməyə göndərilmişdi!!! O gecənin dərd yükündən ikiqat olmuş SƏHƏRin nələr çəkdiyi bir Tanrımızın özünə bəlli idi, bir də, ölüm mənim idi, deyərək saçını yolan analara, üz gözünə əl atan bacılara, bağrına daş bağlayıb göz yaşını kipriklərində donduran atalara, dinməzcə ağlayan gənc gəlinlərə....unudulmaz gecə yaddaşlarda yaşayaraq tarixə qanlı yanvar kimi yaşadı və illər boyu da yaşayacaq. Unudulmaz bir tarix kimi! Zəfər tarixi kimi! Müstəqilliyimizi qazandığımız bir tarix kimi. Məhz bu tarix bütün övlad itirmiş analara, atalara, həyat yoldaşı itirmiş gəlinlərə, ata itirmiş uşaqlara bir tarixi gün kimi, zəfər günü kimi təskinlik gətirən bir gün olacaqdır. AZERBAYCANIMIZIN MÜSTƏQİLLİYİ!!!
Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 31 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 31 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini bildirir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq cəsarətlə bütün dünyaya bəyan edən ulu öndər Heydər Əliyev oldu. Heydər Əliyev vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən irəli gələn cəsarətli bəyanatı ilə dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə etdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi.
20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu mənada 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Qəhrəmanlıq heç vaxt unudulmur. Qəhrəmanlığı nə öyrətmək, nə də tərk etmək olur. Bu doğrudan da belədir. Hər bir insan qəhrəmanlıq ruhunda tərbiyə olunmalıdır ki, lazım gəldikdə Vətənin azadlığı müdafiəsi uğrunda qəhrəmanlıq etsin. Vətən uğrunda, Vətən yolunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Vətən unudulmaz olduğu kimi onun qəhrəmanları da unudulmamalıdır. Bu danılmaz həqiqəti heç vaxt yaddan çıxarmayaq. İgid qəhrəmanlarımızla həmişə qürur duyur, onları iftixarla yad edirik.
20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova