Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda tibb işçılərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir

18 iyun 2014 | 15:00

17 iyun 2014-cü  il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin və rayonda çalışan tibb işçilərinin bir qrupu əvvəlcə Fəxri Xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın  xatirəsini ehtiramla yad edərək məzarları önünə gül dəstələri qoymuş, daha sonra isə Ümummilli Liderin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmişlər.
Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Mərkəzin Elektron lektoriya zalında təşkil olunmuş tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır.
Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətinin müqayisəolunmaz şəkildə dəyişdiyini kimsə inkar edə bilməz. Məlumdur ki, müstəqilliyimizin ilk illərində müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Azərbaycan xalqınını Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində ardıcıl surətdə həyata keçirilən profilaktik tədbirlər sayəsində Azərbaycanda yoluxucu xəstəliklərin yayılmasının qarşısı alındı.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır.
Dövlət başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Sevinc Hüseynova xüsusi vurğulamışdır ki, bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Heydər Əliyev Fondu diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Heydər Əliyev Fondu eyni zamanda Suraxanı rayonunda Yeni Günəşli yaşayış sahəsində Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi tikmiş və ən müasir avadanlıqlarla təchiz etmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqranı”nın  və digər Proqramların icrası nəticəsində  rayonda 2 Poliklinika (23 və 24 nömrəli Şəhər poliklinikaları), 6 xəstəxana ( 12, 13, 15, 24  nömrəli Birləşmiş şəhər xəstəxanaları, 8 nömrəli Birləşmiş uşaq xəstəxanası, 6 nömrəli Xüsusiləşdirilmiş vərəm xəstəxanası), 3 nömrəli Doğum evi əsaslı  təmir olunmuş, 16 nömrəli Uşaq poliklinikası üçün yeni bina tikilmiş və bütün səhiyyə ocaqları müasir avadanlıqlarla təchiz olunmuşdur.
Natiq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında ölkəmizdə həyata keçirilən əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda da uğurla yekunlaşıb. Suraxanı rayon əhalisinin  187708 nəfəri tibbi müayinədən keçmişdir. Bu da rayon əhalisinin 81,8% təşkil edir. Aşkarlanmış xəstəliklər nəticəsində  4224  nəfər vətəndaş ambulator müalicəyə, 391 nəfəri isə stasionar müalicəyə qəbul olunub.
Natiq bildirmişdir ki, isti yay günlərinin başlanması ilə əlaqədar infeksion xəstəliklərin yayılma təhlükəsinin artdığını nəzərə alaraq Rayon İcra Hakimiyyətinin və  Səhiyyə Nazirliyinin Bakı şəhər Dizinfeksiya Stansiyasının Suraxanı Regional Bölməsinin birgə təşkilatçılığı ilə 02-15 iyun tarixlərində rayonun qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin kampakt yaşadığı yataqxana və binalarda, ərazidəki konteyner meydançalarında yolxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmilərə qarşı birdəfəlik kütləvi dezinseksiya, deratizasiya və dezinfeksiya işləri aparılmışdır. Bütün bunlara görə səhiyyə işçilərinə minnətdarlığımızı bildiririk.
Tədbirdə çıxış edən tibb işçiləri Südabə Yaqubova, Adilə Abdullayeva, Sevinc Hidayətova qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətdən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.
Sonda bir qrup səhiyyə işçisi rayon əhalisinin tibbi müayinəsinin keyfiyyətlə  və mütəşəkilliklə keçirilməsində fəal iştirakına görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olundular.

Keçidlər