Şuşamız, illərlə yolunu gözlədiyi əziz balalarını qoynuna qəbul edir.
Əziz Şuşa.. Azərbaycanın incisi, Qarabağın mirvarisi Şuşa. Xan Şuşinskinin səsini qoynunda saxlayan başı qarlı, vüqarlı dağlı Şuşa. Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. “Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur.” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini bu sözlərlə ifadə etmişdir..
Bəli, böyük qayıdış başlayır, bu möhtəşəm cümlə bütün dünya ictimaiyyəti üçün, bizi sevənlər və sevməyənlər üçün açıq bir mesajdır! Bu səfər isə həm siyasi, həm iqtisadi baxımdan olduqca əhəmiyyətlidir! Bu səfər böyük qayıdışın başlanğıcıdır, hansı ki, Azərbaycan xalqı ilə gözəl Qarabağ qovuşacaq, dostlar sevinəcək, düşmən yanacaq! Yaşasın Azərbaycan!
Öz həyatlarını, sağlamlıqlarını Vətən uğrunda qurban verən Azərbaycan igidlərinin, Müzəffər Ali baş Komandanın şücaəti ilə,Türkiyə başda olmaqla qardaş ölkələrin dəstəyi ilə Azərbaycan xalqı öz Qarabağına, Şuşasına qovuşdu. İndi isə Cənab Prezidentimizin rəhbərliyi ilə artıq Qarabağımızın və onun gözəl şəhərlərinin abadlaşdırılması uğrunda işlər gedir..
Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Şuşa şəhərinə səfər etdi. Səfərin məqsədi həm Füzuli - Şuşa yolunun, həm də Füzuli rayonunda hava limanınının təməlini qoymaq idi və cənab Prezident bu işləri uğurla başa vurdu. Daha sonra dövlət başçımız, birinci xanım və qızları, Azərbaycanın mədəniyyət incisi Şuşa şəhərində oldular. Müzəffər liderimiz Şuşada üçrəngli bayrağımızı qaldırdı..Kiçik bir haşiyə çıxım ki, məhz bu anın reallaşması üçün illərdir, özüm də daxil olmaqla, bütün Azərbaycan xalqı dua edirdi və çox şükür ki, bu günü görməyi Allah bizə nəsib etdi..Daha sonra Cənab İlham Əliyev hərbçilərlə görüşdü və çıxış etdi..Bu çıxış, xalqımızın yaddaşına, ürəyinə əbədi həkk olundu..O nitqdən bir hissəni diqqətinizə təqdim etmək istərəm :
"Şuşa şəhəri mənim tərəfimdən Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi. Bütövlükdə müharibədən cəmi iki ay vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir.
Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik.
Qarabağ Azərbaycandır!
Şairə-filoloq xanım Zərifə Sufinin bu misralarında dediyi hər şey öz yerini alır,
Bu zəfərin önündə!
Gözləri aydın olsun,
Ali, müzəffərin də !
Ruhu şad olsun, Allah,
Bütün şəhidlərimizin!
Yolları açıq olsun,
İgid əsgərlərimizin!
Yenə də doğulacaq,
Üzeyirlər, Bülbüllər!
Yenə çiçək açacaq.
Şuşada qızılgüllər!
Dünyaya göz açacaq
Muğamatın Xanı da,
Yenə də görəcəyik,
O müqəddəs anı da!
Gör nə qədər arzular
Yenə çiçəkləyəcək!
Cıdır düzündə gənclər
"Sevirəm" söyləyəcək!
Bizə gəl-gəl deyəcək
Bulaqların nəğməsi
Hər yana səs salacaq,
Azərbaycan kəlməsi!
Gözləri yolda qalan
O Topxana meşəsi,
Qarşılayacaq bizi !
Bizləri birləşdirib
Ulu Vətən sevgisi !!
Azadlığın nəğməsi !!
Şuşamın qələbəsi !!
Suraxanı rayonunun fəal gənci Bayramova Türkan