Şriftin ölçüsü :

Saytın rəngi :

“Əziz Şuşa, Sən azadsan!”, ”Əziz Şuşa, Biz qayıtdıq!”- kəlmələri bütün 10 milyonluq xalqın qəlbini riqqətə gətirdi

18 yanvar 2021 | 16:00

“Əziz Şuşa, sən azadsan!”- Möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Cənab İlham Əliyevin unudulmaz kəlmələrilə yaddaşlara həkk olundu 8 Noyabr 2020-ci il!
44 – hər biri bir əsrə bərabər gün ərzində Azərbaycan adlı vahid bir “bədəndə” 10 milyon qəlb döyündü. Hər bir Azərbaycan vətəndaşı 30 illik həsrətin bitəcəyi anın həsrətilə, həyəcanla Ali Baş Komandanın rəhbərliyi ilə sarsılmaz ordumuzun qələbə qazanacağı günü gözlədi. Bir-birinin ardınca gələn qələbələr xalqımızı sevinc göz yaşlarına boğdu. Sevinc və kədərin bir-birinə qarışdığı bu günlərdə xalqımız öz Lideri sayəsində bütün dünyaya Azərbaycan adlı bir ölkənin öz tarixi torpaqlarına qayıtmaq üçün ədaləti bərqərar etməyə hər bir cəhətdən qadir olduğunu sübut etdi. Dünya arenasına Azərbaycanı sülhsevər, tolerant, ədalətli, humanist, qüdrətli bir dövlət kimi tanıtmaq üçün əlindən gələni etməklə yanaşı, xalqın kiçikdən böyüyə bütün nümayəndələrinin problemlərinin həllində qayğıkeş, doğma, yaxın bir şəxsi oldu Möhtərəm Rəhbər. Biz bilirdik, biz inanırdıq ki, nə olur-olsun Siz bizi qələbəyə aparacaqsız! Bir hərbçi qızı, hərbçi bacısı kimi mən də Sizə sonuna qədər güvənən insanlar sırasında idim. İşğaldan azad olunan torpaqlarımızın hər bir zərrəsində neçə-neçə şəhid qanı, şəhid canı var. Allah hər bir şəhidimizə rəhmət eləsin. Lakin, bütün bu itkilər ordumuzun qələbə əzmini sarsıda bilmədi. Çünki, hər kəs sizin “Dəmir Yumruğ”unuzun altında birləşərək mənfur düşmənin başını birdəfəlik əzib sizin söylədiyiniz kimi, artıq şüara çevrilmiş “iti qovan kimi” qovub öz yurduna qovuşmaq, parçalanmış Azərbaycanı bütöv görmək istəyirdi. Və buna nail oldu.
O möhtəşəm tarixi gün! Sizin sevinc göz yaşlarınıza hakim ola bilməyərək həyəcanla verdiyniz o xəbər! “Əziz Şuşa, Sən azadsan!”, ”Əziz Şuşa, Biz qayıtdıq!”- kəlmələri bütün 10 milyonluq xalqın qəlbini riqqətə gətirdi. Sevincimizin həddi hüdudu yox idi. Buna görə sizə minnətdarıq Möhtərəm Cənab Prezident!!
İşğaldan azad olunan hər bir bölgəyə səfərinizdə Siz bir daha Azərbaycan xalqının başında necə bir liderin dayandığını göstərir, bundan sonra da bütün dünyada xalqımızın və dövlətimizin mənefini qoruyacağınızı, daha da inkişaf etdirəcək, irəli aparacaq, dünya səviyyəli festivallara, yarışlara ev sahibliyi edəcək gündən-günə çiçəklənəcək Azərbaycana çevirəcəyinizdən əminik. Rəhbərlik etdiyiniz bu illər ərzində biz bunun şahidi olduq və tezliklə işğaldan azad olunmuş bölgələrdə də canlanan Azərbaycan görmək diləyirik. Bu işdə bir vətəndaş olaraq əlimizdən gələni etməyə hazırıq.
Allah Sizi və Azərbaycan xalqını qorusun!

Suraxanı rayonu, M.Bayramov adına 196 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Aytəkin Quluzadə 

Keçidlər