Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

17 yanvar 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHBA-nın əməkdaşları növbəti dəfə Vətən müharibəsində qələbənin qazanılmasında adını tarixə yazan igidlərimizdən biri Şəhid Manafov Osman Natiq oğlunun ailə üzvlərini ziyarət etmiş və ailəyə ərzaq yardımı olunmuşdur.
Ruhuna minnətdar olduğumuz şəhidlərimizin ailələrinin xalqımız üçün hər zaman əziz olacağını vurğulayan Əziz Əzizov Ali baş komandan cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində bu gün dünyanın Azərbaycanı qalib dövlət, xalqımızı isə məğrur xalq kimi tanımasından bəhs edib.
RİH başçısı Əziz Əzizov və deputat Afət xanım Həsənova şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanaraq, problemlərinin həlli üçün zəruri tədbirlərin aidiyyəti qurumlar tərəfindən əlaqəli şəkildə həyata keçirildiyini bildirmişlər.
Qeyd edək ki, Şəhidimiz Osman Manafov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı, Azərbaycan Respublikasının Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Keçidlər