Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda şəhid ailələri davamlı olaraq ziyarət olunur

15 yanvar 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Afət xanım Həsənova, RİHBA-nın əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidimiz baş leytenant Hüseynov Orxan Bəhmən oğlunun Əmircan qəsəbəsində yaşayan ailəsini ziyarət edib və ailəyə ərzaq yardımı olunub.
Dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından söz açan Əziz Əzizov və Afət xanım Həsənova Şəhidimizə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləmişlər.
Ailənin problem və qayğıları ilə maraqlanan rayon rəhbərliyi qaldırılan hər bir müraciətin həlli üçün zəruri tədbirlərin aidiyyəti qurumlar tərəfindən əlaqəli şəkildə həyata keçirildiyini diqqətə çatdırmışdır.
Ailə üzvləri məğrur igidimiz Orxan Hüseynov haqqında xatirələrini bölüşmüş, onun ruhu ehtiramla yad edilmişdir.
Qeyd edək ki,  Orxan Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Keçidlər