Azərbaycan regionun ən qüdrətli dövləti olmaqda davam edəcək və daha da güclənəcək!
Deyərdim ki, Azərbaycan müstəqillik tarixinin ən böyük sınağından məhz elə 2020-ci ildə çıxdı.Bütün dünya, onu ağuşuna alan koronavius pandemiyası ilə mübarizə apardığı bir dövdə, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşdüyü bir dövrdə, Azərbaycan hətta böyük dövlətlərin belə ürək etməyəcəyi addımı atdı və öz əzəli və əbədi torpaqlarının düşmən tapdağı altından azad etmək üçün Vətən Müharibəsini öz şanlı tarixinə yazdı. Düşünürəm ki, 2020-сi ilin yekunlarına dair keçirilən müşavirədə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışını fərəh hissi keçirmədən izləmək qeyri mümkündür. 3 rayonun bir Şəhid belə vermədən siyasi yolla azad edilməsi, Ermənistanın kapitulyasiya imzalamağa məcbur hala gətirilməsi Azərbaycanın gücünün, qüdrətinin göstəricisi olmuşdur.
Həqiqətən də bu iclasa nəinki keçən ilin, hətta son 30 ilin yekunlarina dair müşavirə deyə bilərik.
2020-ci ildə Müstəqil Azərbaycan ən şanlı dövrünü yaşayırdı. Regionda oynadığımız müsbət rol və xalq iqtidar birliyinə bütün dünya qibtə etdi, Ermənistan kimi cani bir ölkənin hərbi bazası yerlə yeksan olundu. Bütün dünya haqlının necə qələbə qazandığının şahidi oldu. Bu tarixdə əbədi qalacaq bir qələbədir. Dağlıq Qarabağa heç vaxt müstəqllik verilməyəcəyini bildirən cənab Prezident sözünün üstündə necə durduğunu bir daha bütün xalqa sübut etdi. Və bütün dünya gördü ki, Azərbaycan xalqını heç kim və heç nə dayandıra bilməz. Baxmayaraq ki, bütün ərazilərimiz çox bərbad hala salınmışdır ancaq biz həmin əraziləri yenidən və daha gözəl vəziyyətə gətirəcəyik.
2020-ci ildə həyata keçirilən yeni kadr islahatı, yeni mədəni siyasi addım idi. Ölkəmizin hərtərəfli inkişafı baxımından bu böyük dəyişiklik idi. Eyni zamanda bu gün ölkəmizdə siyasi sferada da dəyişiklik nəzərə çarpır, fəal siyasi dialoqlar gedir. Bunun nəticəsində müharibə dövründə həm də müxalifət iqtidar birliyinin şahidi olduq.
Bunlarla yanaşı, qeyd etməliyəm ki, bütün dünyada olduğu kimi Azərbaycan üçün də böyük sınağa çevrilmiş COVİD-19 pandemiyası dövründən cəmi 4 faiz büdcə azalması ilə çıxan ölkəmizdə hərtərəfli sosial layihələr həyata keçirilərək, vətəndaşların bu dövrdən minimum zərərlə çıxılmasına nail olunmuşdur.
Torpaqlarımızın işğaldan azad olunması, həyata keçirilən böyük islahatlar, xalq iqtidar birliyi hər birimizə gün işığı tək aydın şəkildə bəyan edir ki, Azərbaycan regionun ən qüdrətli dövləti olmaqda davam edəcək və daha da güclənəcək.
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zulfiyyə Mustafayeva