Hər cəbhədə qalib millət!
“Bu gün müstəqil Azərbaycan dövləti ən şanlı dövrünü yaşayır. Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmamışdı..” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr edilmiş müşavirədəki nitqində söylədiyi kimi, 2020-ci il Azərbaycan xalqının gücünün, həmrəyliyinin, xalq-iqtidar birliyinin simvolu kimi dünya tarixinə yazıldı. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə tarixi ədalətin bərpası, xalqımızın haqqı idi. Biz, torpaqlarımızı erməni terrorçularından, təcavüzkarlardan təmizləməklə dünyaya sülhü, əmin-amanlığı, mübarizliyi, şücaəti təqdim etdik. XXI əsrin yeni peşəkar Azərbaycan Ordusunu formalaşdıraraq qələbəni hədəf seçən, hərbi-taktiki bilikli döyüşən və vuruşan lider, müzəffər sərkərdə, Ali Baş Komandan, dövlət sərhədlərini bərpa etdi, 30 illik işğal siyasətini pozdu, tarixi-siyasi-hərbi strategiyası ilə Qarabağa azadlıq-sülh-rifah gətirdi. İllərdir qələbəyə doğru yönələn beynəlxalq siyasət ölkəmizə münasibəti kökündən dəyişdi, bizim xalqımızın əzmini və güclü iradəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı şücaətli Azərbaycan əsgərinin əli ilə, qəhrəmanlığı ilə öz tarixini yenidən yazdı. Əzəli və əbədi torpaqlarımıza işğal yolu ilə sahiblənərək, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu. Rəşadətli ordumuz düşmənə heç vaxt unutmayacağı tarixi ibrət və ədalət dərsini keçdi.
44 günlük Vətən müharibəsi Ermənistanın 10.11.202-ci il tarixda imzaladığl kapitulyasiyası ilə bitdi. Sülhməramlı qüvvələrin Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz yerləşdirilməsi və terror qruplaşmaların ərazilərdən çıxarılması funksiyası Azərbaycan dövlətinin icazəsi və qanunları çərçivəsində həyata keçirilməlidir. Humanizm və ədalət prinsipinə sadiq qalaraq dövlətimiz yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün şərait yaratdı və bununla da öz humanist mahiyyətini nümayiş etdirdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi Ermənistan siyasi-hərbi rəhbərliyi bundan istifadə edərək təxribat xarakterli fəaliyyətini davam etdirərsə, o zaman daha güclü və daha ağır “Dəmir yumruq” zərbəsinə məruz qalacaqdır.
“Böyük qayıdış” özünün növbəti bərpa və qurulucuq mərhələsinə keçdi. İşğaldan azad edilmiş torpaqlarda vandal və barbar düşüncəyə malik erməni silahlı-terror qruplaşmalarının xaraba qoyduğu yaşayış məntəqələri, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən tarixi abidələrimizin yenidən həyata qaytarılması üçün dövlətimiz bütün qüvvə və potensialını səfərbər etdi və ölkə başçısının müvafiq sərəncam və tapşırıqlarının həyata keçirilməsi işinə start verildi.
Bildiyimiz kimi, 2020-ci il bir çox hadisələrlə yadda qaldı. Fevral ayında keçirilən Parlament seçkilərində inkişafın və tərəqqinin davamını istəyən xalq özünün etimad etdiyi insanları seçdi. Parlamentin rəhbər orqanlarında ilk dəfə olaraq müxalifət partiyaların namizədləri fəaliyyət göstərməyə başladı və bu da ölkədə fəaliyyət göstərən siyasi partiyaların əməkdaşlığı üçün mühüm addım oldu. Dövlətin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən partiyalar arasındakı siyasi dialoq hüquqi və demokratik dövlətin inkişafına təkan verdi.
Bundan başqa aparılan uğurlu kadr islahatı korrupsiya və rüşvətxorluqla mübarizədə əhəmiyyətli nəticələr verdi və cəmiyyətdə müsbət qarşılandı.
Bütün dünyanı cənginə alan “Koronavirus bəlası” bizim ölkədən də yan keçmədi. Azərbaycan dövləti koronavirusun yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirdi. Xəstəxanalar və laboratoriyalar tikilərək dərman preparatları və tibbi personalla təchiz olundi, müasir tibbi avadanlıqlar ölkəyə gətizdirildi. 2021-ci ilin əvvəlindən əhali arasında Covid-19 virusuna qarşı peyvəndin aparılması üçün müvafiq tədbirlər görülür.
İqtisadi sahədəki uğurlarımız da göz qabağındadır. Baxmayaraq ki, pandemiya ilə əlaqadər istehsal sahələrində durğunluq yaranmışdı, qeyri-neft sənayesinin, kənd təsərrüfatının artması bu durğunluğunun qarşısını aldı. Əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün orta aylıq əmək haqqı, pensiyalar, şəhid və qazi ailələrinə ayrılan müavinətlərin miqdarı artırıldı.
Nəhayət, ilin son günü, 31 dekabr 2020-ci il tarixində yeni iqtisadi qələbəyə imza atdıq. Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP istismara verildi və Azərbaycan qazı ilk dəfə olaraq Avropaya çıxarıldı.
Güclü və əzmli Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qələbə xəbərləri ilə qeyd etdi. 2020-ci il Azərbaycanın Şanlı Salnaməsinə “Zəfər İli” kimi həkk edildi.
Bakı şəhəri Etibar Cəfərov adına 118№-li tam orta məktəbin biologiya müəllimi Mətanət Qarayeva