Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur

09 yanvar 2021 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavini və aparatın əməkdaşları 44 günlük Vətən müharibəsində iştirak edərək, böyük Qələbənin qazanılmasında pay sahibi olan yaralı hərbiçimiz, kapitan İslamov Qurbanəli Məzahir oğlu ilə görüşüblər. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə böyük əzm və qətiyyətlə iştirak edən Qurbanəli İslamov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Şəhid ailələrinə və yaralı hərbiçilərə qayğı göstərməyi hər zaman özünə borc bilən rayon rəhbərliyi öz ənənəsini davam etdirərək Qurbanəli İslamovun səhhəti ilə maraqlanmış, onun problemlərinin həlli istiqamətində zəruri tədbirlərin görülməsi üçün  müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, sağlamlığını itirmiş hərbiçimizin qeyri-yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı xahişi əsasında aidiyyəti üzrə müraciət edilmişdir.

 

Keçidlər