Şriftin ölçüsü :

Saytın rəngi :

Hər bir xalqın mədəni irsi onun sərvətidir

08 yanvar 2021 | 16:00

Dövlətin mədəniyyət siyasətində yeni strateji prioritetləri Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Genişləməkdə olan siyasi, iqtisadi, mədəni qloballaşma və inteqrasiya prosesləri ilə səciyyələnən müasir dünyamız xalqların etnomədəni hüquqlarını, milli mədəni özünəməxsusluğunu, unikal tarixi ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi problemini daha da aktuallaşdırır, onların maddi və mənəvi irsinin öyrənilməsinə və mühafizəsinə ciddi diqqət yetirməyi tələb edir. Bu da milli mədəniyyətin müqavimət gücünün artması ilə müşayiət olunur. Azərbaycan dilinin qorunması hər bir vətəndaşın vəzidəsidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik xalq əyilməzdir, böyük gələcəyə malikdir. Hər bir dili yaşadan, inkişaf etdirən onun xalqıdır. Zənginliyi nöqteyi nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Dili qorumaq – milləti qorumaq, eləcə də dövlətçiliyi təsdiq etməkdir. Doğma Azərbaycan dilini qorumaq, onu daha da inkişaf etdirərək gələcək nəsillərə ərməğan etmək hər birimizin müqəddəs vəzifəsi, əsl vətəndaşlıq borcudur. Tarixin sərt döngələrindən, burulğanlarından keçərək Azərbaycanımızın əbədiyaşarlığının keşiyində dayanan, milli varlığımızın təsdiqi olan ana dilimizin qorunması, onun dövlət statusuna yüksəlməsi bu gün müstəqil Azərbaycan respublikasında dövlət siyasətinin əsas prinsiplərindən birinə çevrilmişdir. Prezidentimiz İlham Əliyev belə bir fikri daim dönə-dönə vurğulayır ki, ana dili qorumadan, onu inkişaf etdirmədən, zənginləşdirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün deyil.
Hər bir xalqın mədəni irsi onun sərvətidir. İctimai fikirdə xalqların mədəni müxtəlifliyi tarix boyu prioritet məsələ kimi üstünlük təşkil etmişdir. Bu baxımdan, bütün sosial-iqtisadi, hüquqi və digər problemlər yalnız xalqın mədəni ənənələrinə, davamlı, fərdi eyniyyət axtarışı proseslərini nəticəsinə - milli özünədərk hissini formalaşdıran əxlaq qaydalarına uyğun həll oluna bilər. Belə olan halda qüdrətli qloballaşma əsrində Azərbaycanın mədəni tarixi və dövlətçilik məkanı kimi qorunub saxlanılması yalnız onun mədəni arxitipini mühafizə edə bilən tarixinin davam etdirilməsi yolu ilə mümkündür. Mədəni və dini abidələrin qorunması diqqət mərkəzində olmalıdır. Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmin olunub. Dünyanın ən qədim məscidlərindən biri olan, Cümə məscidi yenidən qurulub. Bir çox məscidlər əsaslı təmir olunub. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. İşğaldan azad olunmuş torpaqlarımızda yararsız vəziyyətdə olan mədəni və dini abidələrin qısa müddət ərzində bərpa olunması mühüm məsələlərdən biridir.
Zəngin Azərbaycan mədəniyyəti xalqın vizit kartıdır. Azərbaycan dövlətinin müstəqilliyinin xilaskarı və qurucusu Ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində Azərbaycan mədəniyyəti, incəsənəti, ədəbiyyatı, həmçinin onun nümayəndələri qorunub saxlanıldı və inkişaf etdirildi. İ.Nəsimi, C.Cabbarlı, S.Vurğun, N.Nərimanov, M.Hüseyn və başqa ədiblərin şərəfinə ucaldılmış heykəllərin təşəbbüskarı məhz Heydər Əliyev oldu. 2003-cü ildən başlayaraq prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ciddi irəliləyişlər əldə olundu. Mədəniyyət, incəsənət nümayəndələri daha geniş formada dövlətin qayğısı ilə əhatələndi, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradıldı. Respublikanın bütün bölgələrində mədəniyyət mərkəzləri və musiqi məktəbləri təmir və bərpa edildi, yeniləri inşa olundu.
Bu gün Azərbaycan musiqisini inkişaf etdirən bəstəkarlar, sənət adamları öz töhfələrini verirlər ki, bu ənənələr davam etsin. Bu ənənələr kəsilməsin. İstedadlı musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə Azərbaycan dövləti əlindən gələni edir və edəcək.” – deyən Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycanın musiqi həyatı zəngindir, ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, müsabiqələr keçilirir. Mədəniyyətlə, tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, konsert salonları təmir edilir, tikilir. Bakıda, bölgələrdə mədəniyyət mərkəzləri açılır. Bu Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. 2021-ci il “Nizami Gəncəvi ili”dir. Ulu öndər Heydər Əliyevlə başlanan ənənələr Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Belə ki, 2020-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşərmədəniyyətinin nəaliyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci il Azərbaycan respublikasında “ Nizami Gəncəvi ili” elan edilib. Bu, dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi yetirməsinin, Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir. 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli simalarının tanıdılması, təbliğ edilməsi sahəsində atılan növbəti addım kimi dəyərləndirilir. Bu il dahi şairin nəinki Azərbaycan xalqına, eyni zamanda bütün bəşəriyyətə verdiyi misilsiz töhfələrə, zəngin yaradıcılığına yenidən baxış ili kimi tarixə yazılacaq.
Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin aparmadığı məqsədyönlü siyasət və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı ilə Azərbaycan qeyri-maddi irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədi ilə tədbirlər həyata keçirilir. Muğam sənətindən sonra növbəti addım kimi Azərbaycan aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi istiqamətində işlərin aparılması oldu. Bu işdə Mehriban xanım Əliyevanın böyük köməyi vardır. Bu gün biz Azərbaycan hökümətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Multikultural dəyərlərin qorunması Dövlət başçımız cənab İlham Əliyev dəfələrlə bildirmişdir ki, dini dözümlülük və multikulturalizm vətənimizdə həmişə mövcud olmuşdud. Multikulturalizm sözü mövcud olmadığı zamanda belə həmin ideyalar tarixən Azərbaycanda yaşamışdır və bu gün də yaşayır. Bu xüsusiyyət – multikultural dəyərlərə hörmət və tolerantlıq prinsiplərinin prioritetliyi bu gün də özünü qabarıq şəkildə biruzə verməkdədir. Müasir Azərbaycan dünyanın ən mötəbər tədbirlərinin, ən nüfuzlu toplantılarının mütəmadi olaraq keçirdiyi, beynəlxalq önəm daşıyan problemlərin müzakirə obyektinə çevrildiyi, qlobal miqyaslı forumların yüksək səviyyədə təşkil olunduğu nadir ölkələrdəndir. Qeyd etmək lazımdır ki, multikulturalizm öz mahiyyətina görə tolerantlıqla sıx bağlıdır. O müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və tariximizlə fəxr edirik.

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova

Keçidlər