Suraxanı rayonunda vətəndaşları narahat edən məsələlər daim diqqət mərkəzindədir
Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində uzun illərdir yerin dərin qatlarından neftli lay sularının səthə çıxması, həmçinin bunun nəticəsində ekoloji baxımdan fəsadlara səbəb olan radioaktiv elementlərin yaratdıqları çirklənmələr qəsəbə sakinlərinin ciddi narazılığına çevrilmişdir. Hazırda problemin aradan qaldırılması istiqamətində tədbirlər görülərək lay sularının axıdıldığı kanalın yenidən qurulması işlərinə başlanılmışdır.
Qeyd edək ki, əhalinin sağlamlığını qoruyan tədbirlərin yerinə yetirilməsinin labüdlüyü ilk növbədə nəzərə alınaraq neft-mədən sularının axıdıldığı sözügedən açıq kanalın yenidənqurma işləri aparılan 1700 metr hissəsində üzəri xüsusi dəmir-beton pilətələrlə bağlanaraq qapalı sistemə keçiriləcəkdir. Hazırda ərazidə 600 kv.m torpaq və 200 kv.m betonlama işləri aparılmış, həmçinin hörgü işlərinə başlanılmışdır.