Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçuların ailələrinə mütəmadi olaraq Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət və qayğı göstərilir
31 dekabr 2020 | 16:00
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşan Qazıbəyovlar ailəsinin 2 qəhrəmanı - Rahib və Ramiq qardaşlarını ziyarət edib. Qeyd edək ki, düşmən qarşısında canını sipər edən baş leytenant Rahib Qazıbəyov döyüşlərdə yaralanmışdır.