Vətən müharibəsində iştirak edərək yaralanmış hərbi qulluqçuların ailələrinə mütəmadi olaraq Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət və qayğı göstərilir
30 dekabr 2020 | 16:00
Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya yaralanmış hərbi qulluqçuların ailələrinə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Növbəti dəfə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov torpaqlarımızın azadlığı uğrunda canını fəda edən, sağlamlığını itirən hərbi qulluqçumuz Əliyev Qurban Alı oğlunu ziyarət edərək səhhəti ilə maraqlanmış, problemlərini dinləmiş və onu narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti üzrə öz tapşırıqlarını vermişdir.