Vətən müharibəsində iştirak edərək şəhid olmuş Suraxanı rayonundan hərbi qulluqçuları ehtiramla yad edilir
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və müavinləri Vətən müharibəsində həlak olan şəhidlərin dəfn olunduğu Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud qəbiristanlığında salınan məzarlığı ziyarət ediblər.
Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşərək şəhid olan cəsur igidlərimizin ruhuna dualar edilərək əziz xatirələri ehtiramla yad edilib.
Daha sonra döyüşlərdə yaralanan hərbiçilərimizi ziyarət edən Əziz Əzizov başda Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla dövlətimiz tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstəkdən danışıb, bundan sonra da həmin ailələrin diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.
Qeyd edək ki, Tarixi qələbənin qazanılması uğrunda şücaət göstərən Suraxanı rayon şəhidlərinin ailələri və yaralı hərbiçilərimizlə mütəmadi olaraq görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.