Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təminatı sahəsində görülən işlər təqdirə layiqdir

24 dekabr 2020 | 16:00

44 günlük Vətən müharibəsi və bu müharibədə möhtəşəm, Şanlı qələbəmiz bütün beynəlxalq aləmə sübut etdi ki, Azərbaycan dövləti həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə inkişaf etmiş güclü dövlətlərdən biridir.
   Möhtərərm Prezidentimiz İlham Əliyev tərəfindən illər boyu aparılan təmkinli, müdrik, həm də prinsipial siyasət bütün sahələrdə Azərbaycan dövlətinin yüksələn yolla inkişafının təzahürüdür. 30 il müharibə şəraitində yaşaya-yaşaya hər tərəfli inkişaf edərək beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi sahələrdə yüksək retinqə malik olmaq, aparılan məqsədyönlü siyasətin nəticəsidir.
    Azərbaycan dövlətinin siyasətində ən önəmli yerdə insan faktoru, Azərbaycan vətəndaşı dayanır. Bütün görülən işlər Azərbaycanın müstəqil, demokratik, hüquqi bir dövlət kimi inkişafını təmin etmək, Azərbaycan xalqının maddi rifah halının günü- gündən yaxşılaşdırmaq, xoşbəxt gələcəyini təmin etmək məqsədi daşıyır.
Siyasi sahədəki uğurlar ölkə daxilindəki sabitliyə, iqtisadi sahədəki inkişafa rəvac vermişdir. İqtisadi sahədəki gücümüz qarşımıza çıxan bütün problemlərin heç kimə möhtac olmadan həllinə imkan yaratmışdır. Bu uğurlu inkişaf digər sahələrlə yanaşı əhalinin sosial müdafiəsi sahəsində də mühüm islahatların aparılması zəzurəti yaratmışdır. Son illərdə bu sahədə mühüm işlər həyata keçirilmişdir. Pensiya təminatı sahəsində qanunlarda dəyişikliklər edilmiş, pensiyaların artırılması prosesi mütəmadi olaraq diqqət mərkəzində olmuşdur. Təqaüdə çıxmaq vaxtı çatmış vətəndaşların təqaüdlərinin, həm yaşa görə, həm də əmək pensiyalarının rəsmləşdirilməsi, pensiya məbləğlərinin təyini tam elektronlaşdırılaraq vətəndaşlara çatdırılması təmin edilmişdir. Əlilliyin təyin edilməsi, ailə başçılarının itirilməsinə görə müavinətlərin verilməsi də tam elektronlaşdırılmış sistemlə həyata keçirilir. Əhalinin daha asan, rahat, sivil və müasir qaydada pensiyalarının rəsmiləşdirilməsi üçün “Dost” xidmət mərkəzləri yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kobinetinin 2020-ci ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin şərtləri və qaydası”na əsasən 190 manat məbləğində ödəmənin verilməsi həyata keçirilir.
    Möhtərəm Prezident Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Vətən müharibəsi Şəhidlərinin ailələrinə, Qazilərimizə, müharibə iştirakçılarına birdəfəlik müavinətlərin ödənilməsi, Şəhidlərin banklarda olan kreditlərinin tam silinməsi, mənzillərin verilməsi, maşınlarla təmin olunmaları, müharibə zamanı mülkü vətəndaşların dağılmış evlərinin bərpası və yenidən qurulması prosesi bir sıra sahələrdə artıq başa çatmış, qalan sahələrdə isə yüksək surətlə davam etməkdədir.
    Möhtərəm Prezidentin vaxtı ilə dediyi kimi:
- Mən hər bir azərbaycan vətəndaşının prezidentiyəm. Bu o deməkdir ki, heç bir vətəndaş heç vaxt diqqətdən kənarda qalmayacaq, hər bir vətəndaşın konstitusyon hüquqları qorunacaq, bütün sahələrdə müdafiəsi təmin olunacaq. Son hadisələr bunların bariz nümunəsidir.  
    Azərbaycan aratıq hər bir dövlətin suveren hüquqlarının qorunması, vətəndaşların konstitusyon hüquqlarının təminatçısı, milli, mənəvi dəyərlərin qorunması, siyasi, iqtisadi, hərbi, humanitar sahədəki nəaliyyətlərinə görə dünya dövlətləri üçün nümunədir.

“Suraxanı maşınqayırma zavodu” ASC-nin böyük hüquq məsləhətçisi Məşkur Mirzəyev

Keçidlər