Cənab Prezidentin qəbul etdiyi mühüm qərarlar bir daha Azərbaycan rəhbərliyi, dövləti üçün vətəndaşın sosial təminatının, sağlamlığının ön sırada olduğunu sübuta yetirdi
Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası qısa bir dövr ərzində böyük irəliləyişlə dünyanın nüfuzlu ölkələri arasında öz layiq olduğu yeri tutmuşdur. Bu siyasətin uğurlu davamı olaraq cənab Prezident İlham Əliyevin artıq dünyada güclü diplomatiyası, ölkələr və qitələrarası əməkdaşlıq perspektivi olan, multikulturalizm məkanı, zəngin mədəniyyət və incəsənət diyarı, həmçinin beynəlxalq idman yarışlarının ev sahibi ölkə kimi tanınmaqdadır.
Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti, ölkəmizin inkişafına, çiçəklənməsinə verdikləri mühüm töhfələr, sosial, humanitar sahələrdə gördükləri əhəmiyyətli, ölçüyəgəlməz işlər nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da çox böyük rəğbətlə qarşılanır, təqdir edilir.
Prezident İlham Əliyev Azərbaycan xalqının daha yaxşı yaşaması, sosial rifahının, təhlükəsizliyinin, sağlamlığının təmini istiqamətində var gücü ilə çalışır. Son günlər bütün dünyanın qarşılaşdığı, o cümlədən Azərbaycandan da yan keçməyən koronavirusla mübarizədə göstərdiyi səylər, cənab Prezidentin qəbul etdiyi mühüm qərarlar bir daha Azərbaycan rəhbərliyi, dövləti üçün vətəndaşın sosial təminatının, sağlamlığının ön sırada olduğunu sübuta yetirdi.
Bu mənada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və yeni hazırlanması zərurəti yaranmış normativ hüquqi əhalinin sosial rifahın yaxşılaşdırılmasını özündə ehtiva edir.
Bu məqsədlə, həmin maddədə əks olunmuş pensiya əlavələrinin ləğv edilərək mövcud Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə birləşdirilməsi, ikisinin əvəzinə müvafiq olaraq yeni Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin təsis edilməsi təklif olunur. Bu bir mənalıdır ki, pensiya əlavələrinin prezident təqaüdlərinin artırılması həmin pensiya və Prezident təqaüdləri alan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına xidmət etmək məqsədilə tətbiq olunur və bu, sosial təyinatların elektron icrasını sürətləndirməyə hesablanıb.
Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması təklif olunur.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu layihəsinin qəbul edilməsi ilə (19-cu maddənin ləğvi) ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin yeni növ təqaüdünün təsis edilməsi təklif olunur.
“Əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyası hüququ olan şəxslərə pensiya əlavəsinin ləğv edilərək, onun əsasında eyni məbləğlərdə yeni növ Prezident təqaüdünün təsis edilməsi təklif olunur.
Qanunun 19.1.1, 19.1.3, 19.1.5 və 19.1.8-ci maddələri üzrə mövcud təyinatlarda pensiya əlavəsi ödənişinin davam etdirilməsi üçün Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinə, şəhidlərin ailə üzvlərinə, öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarına ailənin əmək qabiliyyəti olmayan hər üzvünə, siyasi repressiyaya məruz qalaraq sonradan bəraət qazanmış şəxslərə, Böyük Vətən müharibəsi iştirakçıları və bununla əlaqədar əlilliyi olan şəxslərə pensiya əlavəsinin ödənişinin davam etdirilməsi təklif olunur.
Qaraçuxur Bələdiyyəsinin hüquqşünası Rəşad Rzayev