Şriftin ölçüsü :

Saytın rəngi :

Kiotonun meriyası Azərbaycan nümayəndə heyətinin Yaponiyanın bu şəhərinə səfəri ilə bağlı bəyanat yaymışdır

08 iyun 2014 | 15:00

Tokio, 7 iyun (AzərTAc). Kioto şəhərinin meriyası Azərbaycan nümayəndə heyətinin bu şəhərə səfəri ilə bağlı bəyanat yaymışdır.
Bəyanatda bildirilir ki, Yaponiyada işgüzar səfərdə olan Azərbaycan Respublikasının bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti iyunun 5-də Kansay regionuna işgüzar səfər çərçivəsində Kioto şəhər meriyasında olmuşdur. Nümayəndə heyətinin tərkibinə Bakının Səbail, Xətai, Suraxanı, Yasamal rayonlarının, həmçinin Ağcabədi, Masallı, Şabran, Qəbələ, Qusar, Yardımlı rayonlarının və Şəki şəhərinin icra hakimiyyətlərinin başçıları daxildir. Nümayəndə heyətinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə şöbəsi müdirinin müavini Hüseyn Mövsümov rəhbərlik etmişdir.
Kiotonun meri Daisaku Kadokava ilə keçirilən görüşdə iki ölkə arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi müzakirə olunmuşdur.
Bəyanatın tam mətni ilə  www.city.kyoto.lg.jp/soyo/page/0000167184.ntml  ünvanında tanış olmaq olar.

Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Tokio

Keçidlər