“Azərbaycanın dünyanın ən islahatçı on ölkəsindən biri olması - Ölkə Prezidenti İlham Əliyevin siyasi iradəsi və nüfuzunun nəticəsidir.”
“Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətdir.”
- Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev
Məlumdur ki, iqtisadi rəqabətqabiliyyətliliyi, öz növbəsində həm iqtisadi təhlükəsizliyə, həm də subyektin özünə qarşı əks təsirə malikdir. Effektiv iqtisadi rəqabətqabiliyyətliliyi iqtisadi təhlükəsizliyi inkişaf etdirir, həmçinin subyektə iqtisadi təhlükəsizliyin əhəmiyyətini, onun hüquqi səlahiyyətini və faydalılığını yenidən qiymətləndirməyə imkan verir.
Beləliklə, müasir dünyanın iqtisadi inkişafının dinamikliyi rəqabətqabiliyyətliliyini şərtləndirir ki, bu da hökuməti milli prioritetlərin sərt prinsiplərini rəhbər tutaraq çevik iqtisadi siyasətin köməyi ilə yorulmadan rəqabətqabiliyyətliliyinin yüksəldilməsi qayğısına qalmağa məcbur edir.
Bu gün innovasiyaların, texnoloji prosesin və azad sahibkarlığın gur inkişafı ilə bağlı qlobal dəyişikliklər çoxlu sayda qlobal çağırış doğurmuşdur ki, dünyanın bütün ölkələrinin iqtisadiyyatları bunlarla qarşılaşmışdır. Dövlətin rəqabət qabiliyyətliliyinin artımı və bu zaman baş verən bütün qlobal miqyaslı dəyişikliklər dünya iqtisadiyyatının qarşılaşmaqdan yan keçə bilməyəcəyi çoxlu sayda mürəkkəb çağırışlar olmadan başa gəlmir. Və hər bir ölkə bu çağırışlara öz güc və imkanlarından, xüsusilə də nail olduğu inkişaf səviyyəsindən, malik olduğu resurslardan irəli gələrək cavab vermək məcburiyyətində qalır.
Eləcə də Azərbaycan, mühüm geostrateji əhəmiyyət kəsb edən təbii resursların çoxlu sayda növlərinin böyük ehtiyatlarına malik olan ölkə, eyni zamanda, əldə edilmiş siyasi sabitlik şəraiti, həmçinin son illər islahatların gələcək irəliləyişi üçün yaradılmış uğurlu sosial-iqtisadi baza olaraq, bu və ya digər dərəcədə bu çağırışlarla üz-üzə gəlir.
Çoxillik beynəlxalq təcrübə göstərir ki, iqtisadiyyatın modernləşdirilməsinin davam etdirilməsi və Azərbaycanda innovasiya sisteminin formalaşması iqtisadiyyatımızı üstün xammal ixracı inkişafı zonasından çıxarmağa imkan verir və emal sahələrinin artım dinamikasına güclü təkan verərək, ölkənin dünya birliyində rəqabətqabiliyyətliliyini və onun dünya iqtisadi məkanına bərabər hüquqlu inteqrasiyasını tam mənada təmin edəcək.
Azərbaycan Dünya Bankına 1992-ci ildə, Beynəlxalq Maliyyə Korporasiyasına isə 1995-ci ildə qoşulmuşdur.
Azərbaycan ilə əməkdaşlıq 2015-2020-ci illər üzrə Ölkə Əməkdaşlıq Strategiyası əsasında həyata keçirilir. Qeyd edilən strategiya Dünya Bankının Direktorlar Şurası tərəfindən 21 iyun 2015-ci ildə təsdiq edilmişdir. Strategiya 2 əsas sektoru prioritet olaraq müəyyən etmişdir: dövlət sektorunun idarə edilməsi və xidmət təchizatı, iqtisadi rəqabətqabiliyyətlilik.
Bu illər ərzində Dünya Bankı Azərbaycana müxtəlif sektorlar üzrə 50 layihə çərçivəsində 3.5 milyard ABŞ dolları məbləğində kredit , qrant, inkişaf yardımı şəklində maliyyə ayırmışdır.
Dünya Bankının Azərbaycan üzrə kreditlərinin əksəriyyəti nəqliyyat (57%), su-kanalizasiya (26%) və məhkəmə, dövlət idarəçiliyi və hüquq (7%) sahələrinə ayrılmışdır. Dünya Bankının maliyyə vəsaitinin sadəcə 10%-i digər sahələrə (kənd təsərrüfatı, sosial inkişaf, səhiyyə, özəl sektorun inkişafı, qidalanma, maliyyə idarəçiliyi, sosial müdafiə, şəhərlərin inkişafı və s.) ayrılmışdır.
Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlığının 28 illik tarixi vardır və, dünyanın mühüm inkişaf institutu olan, Dünya Bankı ölkəmizdə həyata keçirilən geniş miqyaslı islahatlara daim dəstək vermişdir.
Dünya Bankı və Azərbaycan arasındakı əməkdaşlığının genişlənməsi - ölkəmizin etibarlı tərəfdaş olmasının və Azərbaycanın dünyanın ən islahatçı on ölkəsindən biri olması - Prezidentimiz İlham Əliyevin siyasi iradəsi və nüfuzunun nəticəsidir.
Bu günlərdə, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən Doing Business Hesabatında qeydə alınmış məlumat uyğunsuzluqları ilə bağlı Dünya Bankının Daxili Auditi tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri elan edilmiş və aparılmış müstəqil araşdırmanın nəticəsində Azərbaycanın “Doing Business 2020” Hesabatında mövqeyi 6 pillə yaxşılaşdırılmış, ölkəmiz bir daha dünyanın “Ən islahatçı on ölkəsi” sırasına daxil olmuşdur.
Xatırladaq ki, “Doing Business 2019” Hesabatında da Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilmişdi. Aparılmış müstəqil audit yoxlamalarının nəticəsi olaraq, Azərbaycanın reytinqinin 3 göstərici üzrə yenilənməsi haqda ətraflı məlumat press relizə əlavədə göstərilmişdir.
27 avqust 2020-ci il tarixində Dünya Bankı tərəfindən yayımlanmış press relizdə bildirilmişdir ki, bir sıra üzv ölkələrin Doing Business hesabatındakı məlumatlarının Bankın daxilində emal edilməsi prosesində uyğunsuzluqlar aşkarlanmış, bu uyğunsuzluqların mahiyyətinin müəyyən edilməsi istiqamətində müstəqil araşdırma aparılacağı qeyd olunmuşdur.
Beləliklə, Doing Business Hesabatında qeydə alınmış məqamlarla bağlı müstəqil araşdırma Dünya Bankının yüksək peşəkarlığını göstərməklə yanaşı, Azərbaycanın Dünya Bankı, istərsə də digər tərəfdaşları ilə münasibətlərində dürüstlüyün ən mühüm dəyər olduğunu bir daha sübut etmiş, və Dünya Bankının aidiyyatı daxili nəzarət qurumları ölkələrin hesabatdakı mövqeyinə və işgüzar imicinə xələl gətirmiş bu uyğunsuzluqlara yol vermiş bankın məsul şəxsləri barədə Bankın Biznes Etikası qaydalarına uyğun inzibati tədbirlərin görülməsi haqqında bildirildi.
Azərbaycanın “Doing Business” Hesabatındakı reytinqinin 3 göstərici (“Elektrik təchizatı şəbəkələrinə qoşulma” indikatoru, Müqavilələrin icrası indikatoru, Sərhəddə ticarət indikatoru) üzrə yenilənməsi haqda ətraflı məlumat verilmişdir, bundan başqa, “Doing Business 2020” hesabatında Azərbaycanın mövqeyi üzrə yenilənmiş qiymətləndirmə Cədvəli təqdim olunmuşdur.
Nəticədə, Dünya Bankı tərəfindən aparılmış yeni qiymətləndirmə ölkədə “sərhəddə ticarət” prosedurlarında idxal deklarasiyası, ixrac gömrük sənədləşmələrinin sadələşməsi üzrə mühüm islahatların aparılmasını bir daha təsdiq etmişdir.
Bu gün, məhz makroiqtisadi sabitlik, xüsusilə fiskal dayanıqlılıq, əlverişli biznes mühiti, inkişaf etmiş infrastruktur, xarici bazarlara sərbəst çıxış və xarici investisiyaların cəlb edilməsi nəticəsində, Azərbaycan iqtisadiyyatı xarici şoklara daha davamlı olacağına və ölkədə əmək məhsuldarlığı müvafiq göstəricisinə çatdırılacağına, eyni zamanda, Azərbaycan Dünya Bankının təsnifatına əsasən, “yüksəkgəlirli ölkə” statusu qazanacağına şahid olduq.
Yaxşı həyat keyfiyyəti üçün ilkin şərt rifah, səhiyyə və təhsilin gücləndirilməsidir. Yuxarıda qeyd olunan proseslərinin nəticəsində, həm insan potensialının reallaşdırılması üçün geniş imkanlara, həm də yaxşı həyatın təmin olunmasına doğru addımlayaraq irəli getdiyimizi görmək olur. Prezidentimiz cənab İlham Əliyev sayəsində iqtisadiyyatın liberallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və digər islahatlar bunu deməyə əsas yaradır.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və xalqımızı daha parlaq gələcəyə aparan hərtərəfli inkişaf yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir; Prezidentimizin siyasəti xalqa söykənir və ölkədə sabitliyin, rifahın, əmin-amanlığın qorunub saxlanılmasına, iqtisadi yüksəlişin təmin edilməsinə xidmət edir.
Ölkəmizin daha böyük uğurlara imza atacağı şübhəsizdir!
“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Natavan Rüstəmova