Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda kütləvi dezinfeksiya işləri aparılır

08 iyun 2014 | 15:00

Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər  Dezinfeksiya Stansiyasının Suraxanı Regional Bölməsinin birgə təşkilatçılığı ilə rayonda kütləvi dezinfeksiya işləri aparılır.
Belə ki, isti yay günlərinin başlanması ilə əlaqədar infeksion xəstəliklərin yayılma təhlükəsinin artdığını nəzərə alaraq 02-15 iyun 2014-cü il tarixlərdə Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin ərazisində, qaçqın və məcburi köçkünlərin kompakt məskunlaşdıqları yataqxana və binalarda, ərazidəki konteyner meydançalarında yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə gəmiricilərə, həşəratlara və xəstəlik törədən mikroorqanizmlərə qarşı birdəfəlik kütləvi deratizasiya, dezinseksiya və dezinfeksiya işləri aparılır.
Kütləvi tədbirlərin aparılmasına dezinfeksiya bölməsinin 18 nəfər işçisi cəlb edilmişdir.
Görülən bütün işlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikada dezinfeksiya tədbirlərinin təkmilləşdirilməsi barədə” 05.07.2010-cu il tarixli 60 saylı əmrinə əsasən müvafiq kimyəvi preparatlarla aparılır.
Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl edilir.

Keçidlər