Şriftin ölçüsü :

Saytın rəngi :

“Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidentinin, ordusunun və xalqının birliyindən güc aldı”

27 noyabr 2020 | 16:00

E.Qaranzadə adına 270 №-li tam orta məktəbin direktor müavini Kəmalə Məmmədova “Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidentinin, ordusunun və xalqının birliyindən güc aldı”


“Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyənə görə, həm iqlimin gözəlliyinə görə, həm də Kəlbəcərdə yaşayan insanların fədəkarlığına görə Respublikamızda hörmət, ehtiram içində olub. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, ayrılmaz bir hissəsidir. Heç şübhə yoxdur ki, o gün gələcək, Kəlbəcər rayonu erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır.” İllər öncə bu ifadəni, bu kəlmələri Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev çox əminliklə söyləmişdir.
İllər keçdi. Müzəffər ordumuzun döyüş meydanında qazandığı qalibiyyəti və Ali baş komandanımız İlham Əliyevin qətiyyətli mövqeyi, düzgün siyasəti nəticəsində Ermənistan 10 noyabr 2020-ci il tarixində kapitulyasiya aktını imzaladı. Azərbaycan həm döyüş meydanında, həm də danışıqlar masasında qalib oldu... Nəhayət o gün gəldi....25 noyabr Azərbaycan Respublikasının tarixinin şanlı səhifəsinə qızıl həriflərlə yazıldı-Kəlbəcərin işğaldan azad olunma xəbərini Azərbaycan Respublikasının Ali Baş komandanı İlham Əliyev növbəti dəfə xalqa müraciətində səsləndirdi”
Əziz həmvətənlər! Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm....Əziz Kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”..Bu sözləri eşitmək üçün düz 27 il gözləmişdik. Bu zəfəri bizə əsgərlərimiz, zabitlərimiz yaşatdı. Ali Baş Komandan çıxışında tez-tez vurğuladığı kimi “İşğaldan azad edilmiş torpaqlara müqəddəs bayrağımızı Azərbaycan əsgəri, Azərbaycan zabiti sancır”. İşğaldan azad edilmiş ərazilərimizdə, eləcə də Kəlbəcər rayonu ərazisində bütün tarixi abidələrimiz dağıdılmış, hektarlarla meşə zolaqları yandırılıb məhv edilmişdir. Məscidlərimiz yandırılmış, bir çox hallarda ibadət yerlərində donuzlar saxlanılmışdır. Bütün bunlarla kifayətlənməyən düşmən Kəlbəcər rayonunu tərk edərkən evləri, məktəbləri, meşələri yandırır, qəbir daşlarını da söküb özləri ilə apardılar. Erməni vəhşiliyini göstərən bu nümunələr necə bir düşmənlə üz-üzə olduğumuzun əyani sübutudur. Erməni faşizminin üzərində çalınan bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidentinin, ordusunun və xalqın birliyindən güc aldı. Bu birlik var olduqca üç rəngli bayrağımız daima yüksəklərdə dalğalanacaq, ölkəmiz neçə-neçə uğurlara imza atacaq.
Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə Allahdan şəfa diləyirəm.
Qarabağ Azərbaycandır!

Keçidlər