Şriftin ölçüsü :

Saytın rəngi :

"Biz haqq savaşımızı qazandıq!”

27 noyabr 2020 | 16:00

Suraxanı rayonunun fəal gənci Aytac Əliyeva "Biz haqq savaşımızı qazandıq!”


Dərdi qubar bağlamış bir xalq düşünün. Həsrətindən saçlarına dən düşmüş analar düşünün. Torpağından 27 il əvvəl qayıtdığı maşını illərlə saxlayan, içindəki bir gün geri qayıtmaq ümidi heç sönməyən bir “Vətən oğlu” düşünün. Elə xalq oğulları düşünün ki, yurd həsrətini misralara töküblər. Doğrudan da, Eyvaz Əyyub demiş,


Neçə ildi bahar gəlmir,
Yazım qaldı Kəlbəcərdə.
Çiçəklərə naz satardım,
Nazım qaldı Kəlbəcərdə.


Bütün gözəl günlərini yurdda qoyub köçkün düşən bir xalq. Zülm görmüş, əzablar çəkmiş bir xalq daha nə qədər həsrət çəkəcəkdi? Daha nə qədər doğma torpaq qoxusunu qəlbində daşıyacaqdı. Daha nə qədər uzaqda qalacaqdı bu cənnət məkanlardan?
Vaxt yetişmişdi. Qucaqda gözüyaşlı gələn körpələr əli silahlı torpaq uğrunda haqq davasına qoşuldu. Hər biri Mübariz şücaəti, Həşimov qabiliyyəti ilə düşmən üzərinə getdi.
25 noyabr 2020-ci il, Ali baş komandanın çıxışı başlayır. Və gözlənilən o xəbər gəlir. Minlərlə evdə sevinc göz yaşları tökülür. Minlərlə şəhidin ruhu şad olur. Bəli! Bəli! Kəlbəcər-mənim qızıl yurdum mənfurlardan təmizləndi. Övladların qayıdır, Kəlbəcər! Bu sevinc tək o yurdda doğulanların sevinci deyil. Bu sevinc bütün Azərbaycan xalqının sevincidir. Ali baş komandanımızın rəhbərliyi, üstün siyasi görüşü, hərbiçilərimizin igidliyi, mərdliyi, qanları hesabına biz torpaqlarımıza qovuşduq. Biz haqq savaşımızı qazandıq.


Azadlığın mübarək, Kəlbəcər!
Azadlığın mübarək Qarabağ!
Gözün aydın,Azərbaycan!

Keçidlər