“Gözlə bizi, Qarabağ biz qayıdırıq!”
Bu 44 günlük müharibə güc və ya ərazi qazanmaq üçün deyil, haqq və tarixi ədaləti bərpa etmək, erməni vandalizminə, zülmə qarşı, otuz ildir qan ağlayan, əsarətdə olan Qarabağın azadlığı uğrunda mübarizə idi. “Vətən müharibəmiz” də qazandığımız zəfər, qələbə təkcə 30 ildir həll edilməmiş olan problemin həlli deyil. Bu zülmə məruz qalan körpələrin, namusu tapdanmış ana-bacılarımızın, cavan canlarından keçmiş şəhid balalarımızın, 27 ildir bağrına dağlar basılan Şuşamızın, erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş Füzulimizin, həsrətlə gözü yolda olan Xudafərinimizin qisasının alınmasıdır. El bir olsa dağ oynadar yerindən. Elimiz də bir oldu, yumruq oldu: danışıqlar masasında müzəffər Ali Baş Komandanım, cənab prezidentim İlham Əliyev, döyüş meydanında əsgərim, arxa cəbhədə həkimim, müəllimim, sadə xalqım 7-dən 77-yə hər kəs dəmir yumruq oldu. Təziqlərə rəğmən qələbə səlnaməmizi yazdı dövlət başçımız və rəşadətli, yenilməz ordumuz. Qaçaq Nəbi, Babək, Cavad xanın qəhrəmanlığından çox yazılıb, çox eşidilmişdi. XXI əsrdə də Şuşa fatehləri tariximiz, qəhrəmanlıq salnaməsini öz qanları, canlarıyla, alınmaz deyilən torpaqları azad etməklə yazdı.
Erməni vandalları necə ki xalqımız, əsirlərimizlə rəftar ediblər elə də vətənimiz Qarabağımızla vəhşicəsinə rəftar ediblər. Cənnət Qarabağı, Fizulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Ağdamı, Xocavəndi, Şuşanın Topxana meşəsini talan edib xarabazarlığa çeviriblər. Amma bitdi zülüm, həsrət, sil gözünün yaşını, Qarabağ, biz gəldik - torpağın həqiqi sahibləri.
Kəlbəcərdə talan var niyə susursan, Dünya? Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını viran edirlər. Yaşıl ağacları kəsir, evləri, meşələri yandırırlar. Əllərində əlac olsa torpağı belə yığıb aparacaqlar. Elə düşünürlər ki, bu bizdə ruh düşgünlüyü yaradacağ, qələbəmizə kölgə salacaq. Amma ay bədbəxt, insanlıq yoxsulu olan millət, bir də bu tərəfdən düşün türkün torpağı belə sənin ölünü qəbul etmədi, özünlə Ermənistana apardın. Bu ilahi ədalətin təcəssümüdür. Bizim qəbrlərimizdən ölülərimizin sümüyü çıxardıb ortalığa ata bilərsən amma bilki o ölülərin ruhları bugün Qarabağ səmasında bayram edirlər. Ali Baş Komandanımızın dediyi kimi :”Zəngilanda, Ağdamda məsciddə donuz saxlayan insan elə özü donuzdur.” Gözlə bizi, Qarabağ biz qayıdırıq!
Səni başımız üstə qaldırıb yaralarını saracağıq, cənnət məkana Azərbaycanın ən gözəl məkanına çevirəcəyik. Sənə can verəcəyik. Amma sənə bunları edənlər dünya qarşısında cavab verməlidir.
Müzəffər Ali Baş Komandanımızın dediyi kimi biz erməni deyilik vəhşilik, vandallıq edək biz multikultral dəyərləri yaşadan tolerant bir dövlətik. Hər yer abadlaşacaq, hətta kilsələr belə yenidən bərpa ediləcək.
Ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyev 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə əmr imzalayanda və bu bayramı qeyd edərkən bəlkə də bəzilərimiz bunun necə əhəmiyyətli olmasını dərk etmirdik. Amma Vətən müharibəsindən sonra bizim həmrəyliyimiz və birlik bir yumruq olmağımızı hamı gördü, hamı fərqinə vardı. Bu ənənəni Ulu öndərimiz qoydu, onun layiqli davamçısı davam etdirdi və zəfərə imza atdı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Fizuli və Cəbrayıl rayonlarına 16 noyabr tarixli səfəri zamanı xalqın liderinə, prezidentinə sevgisi və həmrəyliyimiz bir daha sübut olundu. Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva öz sadəliyi və xalqına olan hörmətini, torpağına olan sevgisini bir daha sübut etdi. Hamımız çox gözəl bilirik ki, bu dəqiqə o ərazilər hələ minalardan tam təmizlənməyib ora getmək təhlükəlidir. Amma Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın vətən sevgisi heç bir sərhəd tanımadı.
Biz sizinləyik, cənab Prezident!
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin müəllimi Əhədova İlahə