Şriftin ölçüsü :

Saytın rəngi :

Çəkilən yol bizi Qarabağın tacı Şuşa şəhərinə aparır…!

20 noyabr 2020 | 16:00

Hamımıza məlumdur ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etdilər. Ali Baş Komandan Füzuli rayonundan Şuşa şəhərinə yol çəkmək üçün göstəriş vermişdir. Artıq yolun çəkilişinə start verilmişdir. Cənab Prezident də Birinci xanım ilə birgə həmin lahiyənin icrası ilə tanış olmaq, eləcə də tarixi torpaqlarımıza baş çəkmək, onu ziyarət etmək üçün yola çıxdılar. Xalqımız, cəbhə bölgəsində olan əsgərlərimiz sevimli Prezidentimizi və xanımını rəğbətlə və izdihamla qarşıladı, onları ürəkdən alqışladı.
Cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birgə hərbi geyimdə, həqiqətən, Şanlı Ordumuzun önündə bir öndər kimi getdiklərini bir daha dünyaya sübut etdilər. O, yol boyu lahiyənin icrasının gedişi ilə özü şəxsən tanış olaraq, çıxışında qeyd etdi ki, bu gün tarixi bir gündür. Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə İlham Əliyev xalqımızı təbrik etdi və bu yolun çəkilməsinin mühüm tarixi əhəmiyyəti var, çünki, bu yol bizi Qarabağın tacı Şuşa şəhərinə aparır. Onu da əlavə etdi ki, bu illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16000 kilometrdən çox yol çəkilib. Amma bu yol Şuşaya birləşdiyi üçün qəlbimizdə yeri ayrı olacaq. Eyni zamanda işğaldan azad edilmiş torpaqlarımıza çəkilən ilk lahiyədir. Cənab Prezident İlham Əliyev bu tipli layihələrin bundan sonra da davamlı olacağını, işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparılacağını vurğuladı.
Ali Baş Komandan öz çıxışında Şuşanın işğaldan azad olunması haqqında danışdı və bildirdi ki, Şanlı Ordumuz Şuşa şəhərini almaq üçün xüsusilə böyük şücaət göstərdi və bütün dünyaya öz gücünü sübut etdi. Düşmən rəsmən diz çökdü və bir gün sonra öz kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da biz onlara son zərbəni vurduq, bir daha ordumuzun peşəkarlığını, qəhrəmanlığını, cəsarətini göstərdik. Bu əməliyyat dünya hərbi tarixində böyük yer tutacaqdır.
Hər kəs cənab İlham Əliyevin cəbhə bölgəsinə olan səfəri zamanı ona olan tükənməz səmimi xalq sevgisinin şahidi oldu.
Sonda fikilərimi Şuşanın işğaldan azad olduğu gün yazdığım şerlə bitirmək istəyirəm. Hər zaman birlikdə olmaq arzusu ilə, cənab Prezidentimiz demiş "Qarabağ Azərbaycandır və nida❗"

AZADLIĞIN NƏĞMƏSİ
ŞUŞAMIN QƏLƏBƏSİ
VƏTƏN SEVGİSİ!!!

Baş əyirəm a dostlar,
Bu zəfərin önündə!
Gözləri aydın olsun
Ali müzəffərin də!!

Ruhu şad olsun Allah,
Bütün şəhidlərmizin,
Yolları açıq olsun,
İgid əsgərlərmizin!
***
Yenə də doğulacaq.
Üzeyirlər, Bülbüllər!
Yenə çiçək açacaq,
ŞUŞADA qızılgüllər!

Dünyaya göz açacaq
Muğamatın Xanı da,
Yenə də görəcəyik
O müqəddəs anı da!
Gor nə qədər arzular
Yenə çiçəkləyəcək!
CIDIR düzündə gənclər,
"SEVİRƏM" söyləyəcək.
Bizə gəl-gəl deyəcək,
Bulaqların nəğməsi,
Hər yana səs salacaq,
AZƏRBAYCAN kəlməsi!
Gözləri yolda qalan
O Topxana meşəsi,
Qarşılayacaq bizi!
Bizləri birləşdirib
YALNIZ VƏTƏN sevgisi!!!
AZADLIĞIN nəğməsi!
ŞUŞAMIN QƏLƏBƏSİ!!!

M.Bayramov adına 196 nömrəli tam orta məktəbin müəllimi Zərifə Sufi Mikayılova

Keçidlər