ZƏFƏR YÜRÜŞÜ
Azərbaycan xalqı yaddaşlardan silinməyəcək bir tarix yaşadı – 44 günlük Vətən müharibəsi. Bizim üçün 30 ilə bərabər olan 44 gün. Bu günlərdə hamının diqqəti cəbhədən gələn xəbərlərə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “qələbə “twit”ləri”nə, “Xalqa müraciətlər”inə yönəlmişdi. Nəhayət ki, ordumuzun “dəmir yumruğu” beyni zərərli ideyalarla yuyulmuş düşməni ”ağıllandırdı”, düşmən kapitulyasiya sənədinə qol çəkdi.
Vətən müharibəsi həm də xalqımızın möhtərəm Prezidentimiz ətrafında bir yumruq kimi birləşdiyini göstərdi. Məhz xalqın prezidentimizə və ordumuza dəstəyi qələbənin zəminlərindən biri oldu. Bu birlik, bu dəstək bizi qələbəyə apardı, biz müharibədən qalib ölkə kimi çıxdıq.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Xudafərin körpüsünə 16 noyabr tarixli səfəri, Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırması bütün dünyaya göstərdi ki, qalib Xalq, qalib Ordu, Müzəffər Ali Baş Komandan necə olur.
Prezidentimizin xalqla görüşü həmişə coşqu ilə qarşılanıb, izdihamla müşayiət olunub, ancaq bu səfərki coşqu tam fəqli idi, qalib xalq öz müzəffər Ali Baş Komandanını qarşılayırdı. Xalqın əhval – ruhiyyəsi, qələbə sevinci bir daha təsdiq edir ki, ölkəmizdə xalq-iqtidar birliyi var, xalq öz prezidentini, onun uğurlu daxili və xarici siyasətini dəstəkləyir.
16 noyabrda Prezidentin Füzuli və Cəbrayıl səfəri qələbənin nidası, Zəfər yürüşü, sevgi və səmimiyyət təntənəsiydi!
Biz birlikdə güclüyüz!
Qarabağ Azərbaycandır!
114 №li tam orta məktəbin tarix müəllimi Kənan Quliyev