Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandan İlham Əliyevin işğalçılardan azad edilmiş torpaqlara səfərinin tarixi - strateji əhəmiyyəti

19 noyabr 2020 | 16:00

16 noyabr 2020-ci il tarixində Prezident İlham Əliyev - müzəffər ordumuzun Ali Baş Komandanı Qarabağımıza qalib sərkərdə kimi qədəm qoyaraq, Füzuli və Cəbrayıl rayonlarına səfər edib. Ölkə başçısı Füzuli və Cəbrayılda, o cümlədən Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb və çıxış edib. Prezident Füzuli şəhərində çıxışı zamanı deyib ki, biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik: “Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi sadəcə olaraq fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?!
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva cəbhə bölgəsinə səfərləri zamanı yerli əhali tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıblar. Prezidentin işğaldan azad edilən yeni ərazilərə etdiyi səfərin hansı strateji əhəmiyyəti var? “Sadə əhali cənab Prezidenti çox böyük ruh yüksəkliyi ilə, Milli Qəhrəman kimi qarşıladı” 44 günlük müharibənin gedişində Azərbaycan özünün şanlı qələbəsini qazandı: “Bizim ərazi bütüövlüyümüz bərpa olundu. Bundan sonra Prezidentin ilk səfərinin işğaldan azad edilən Füzuli və Cəbrayıla olması tamamilə məntiqidir. Çünki, torpaqlarımızın işğaldan azad edilməsinin üç qəhrəmanı var. Onlardan birincisi dövlətimizin başçısıdır. Digər ikisi isə onun yaratdığı ordu və arxasında dayanan xalqdır.
Qəhrəmanın işğaldan azad etdiyi ərazilərə gəlməsinin çox böyük strateji mənası var. Yadınızdadırsa, Cocuq Mərcanlı da işğaldan azad edilərkən Prezident oraya səfər edib demişdir ki, bunun çox böyük rəmzi mənası var. Bildirmişdi ki, bu gün Cocuq Mərcanlı azaddırsa, sabah biz başqa ərazilərimizi də azad edəcəyik. Doğrudan da belə oldu. Cənab Prezidentin bu səfərində diqqəti cəlb edən məqamlardan biri Xudafərin körpüsünü ziyarət etməsi oldu. Bunun da tarixi əhəmiyyəti var. Çünki 30 ilə yaxındır ki, tariximizin ən böyük parçası sayılan Xudafərin körpüsü işğal altındaydı. Həmin səfərdə Prezident bütün dünyanı ermənilərin həmin ərazilərdə hansı hərbi cinayətlərə imza atdıqlarını əyani nümayiş etdirdi”.
Füzuli və Cəbrayılın işğal zamanı məruz qaldığı erməni vandalizmini ölkə başçısı özü birbaşa xalqa göstərdi. Şübhəsiz, bu ərazilər yenidən bərpa ediləcək və əvvəlkindən də yaxşı olacaq. Lakin Ermənistan vurulan ziyana görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır və mütləq kompensasiya ödəməlidir.
44 günlük tarixi müharibə Azərbaycan Respublikasının qələbəsi ilə başa çatdı:
“Bu qələbənin 3 mühüm faktoru var.
1. Uğurlu qərarları və nəticəli əmrləri ilə sevilən Ali Baş Komandan İlham Əliyev.
2. Məğrur, qüdrətli, cəfakeş və Prezidentinə sadiq Azərbaycan xalqı.
3. Ölkə başçısının illərdir hazırladığı dünyanın ən qütrətli ordularından sayılan Azərbaycan Ordusu.
Sadə əhali cənab Prezidenti çox böyük ruh yüksəkliyi ilə, Milli Qəhrəman kimi qarşıladı: “Bu zəfərə imza atan məhz odur. Bu səfərdə xalqın ölkə rəhbərinə olan çox böyük sevgisi və məhəbbəti bir daha üzə çıxdı. Bizi güclü edən budur. Azərbaycanın qələbəsini şərtləndirən mühüm amillərdən biri vətəndaş həmrəyliyinə nail olmağımızdır. Bir xalq öz Prezidentinə belə məhəbbət bəsləyirsə, həmin ölkə başçısı ən böyük xariqələri yaratmağa qadir olur. Qonşu Gürcüstanın Abxaziya və Osetiya problemi var. Təxminən Qarabağ problemi ilə eyni zamanda baş qaldırıb. Ancaq onların həllində heç bir irəliləyiş yoxdur. Analoji vəziyyət Moldovanın Dnestraynı bölgəsində də dondurulmuş şəkildə qalır. Biz xoşbəxtik ki, bu qələbini görə bildik”.
Bu reallıq 10 noyabr tarixində Ermənistan baş nazirinin kapitulyasiya aktını qəbul etməyə məcbur etdi. Bu tarixi qələbədən sonra ölkə başçısının ilk səfərini işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına etməsi tam məntiqli idi. Ölkə başçısının ilk səfərini işğaldan azad edilən torpaqlara etməsi bir daha onu göstərdi ki, cənab Prezidentin bütün siyasətinin fəlsəfəsi, mahiyyəti bu torpaqların işğaldan azad edilməsi idi.
Diqqətdən yayınmayan bir nüans da odur ki, ölkə başçısı özü ermənilərin nə qədər vandal, barbar hərəkətlərə yol verdiyi ilə bağlı fikirlər səsləndirdi. Diqqət etsəniz, cənab Prezident özü də göstərdiyi yerlərdə bircə sağlam ev, infrastruktur qalmamışdı. Lakin şübhəsiz, işğaldan azad edilən torpaqlarımız yenidən bərpa ediləcək, vətəndaşlarımız öz yurd-yuvalarına qaytarılacaqdır.
Bu səfər həm də onu göstərdi ki, xalq öz Prezidentini necə sevgi ilə qarşılayır. Bu gün xalqın qəlbində öz Prezidentinə böyük bir sevgi var. Diqqət etsəniz, Füzulidə insanlar qalib bir Prezidenti qarşıladı. Məhz bu idi bizim qələbəmizin sirri. Xalqın Ordusuna, onun Ali Baş Komandanına inamı.
Yaşasın müzəffər Azərbaycan ordusu və onun Ali Baş Komandanı İlham Əliyev!
Qarabaq Azərbaycandır!

Yeni Azərbaycan Partiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Ədalət Mahmudov Məhəmməd oğlu

Keçidlər