Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir Azərbaycanın milli şüurunun formalaşması İlham Əliyev faktoruna əsaslanır.”

16 noyabr 2020 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məslətəhətçisi Ənvər Haqverdiyev: “Müasir Azərbaycanın milli şüurunun formalaşması İlham Əliyev faktoruna əsaslanır.”

Qarabağ o qədər həssas bir məqamdır ki, onunla bağlı hər bir azərbaycanlının deməyə sözü var. Millətindən, dinindən, dilindən, siyasi mənsubiyyətindən aslı olmayaraq hər bir Azərbaycan vətəndaşı Qarabağın mənəvi böyüklüyünü dərk edir. Qarabağ fiziki olaraq da böyükdür. Ölkəmizin 20 faiz ərazisini əhatə edir. Elə mədəniyyətimizin də beşiyidir Qarabağ. Məhz bu səbəbdən Qarabağ Azərbaycandır! Bu devzin bir ili tamam olmamış biz Qarabağa qayıdırıq.
Noyabrın ayının 10-u gecə saatlarında imzalanan bəyanatın ətrafında cəmiyyətimizdə müxtəlif müzakirələr gedir. Lakin cənab Prezident bütün hallarda nəyi, necə və nə vaxt edəcəyini gözəl bilən dünya siyasətçisidir. Əgər belə olmayasaydı, müharibənin getdiyi hər gün dövlət başçımız ona edilmiş təyziqlərə tab gətirə bilməzdi. Müharibə bitib. Lakin ətrafında gedən söz-söhbətlər hələ də bitməyib. İndi məsələnin siyasi həll yolunun, hərb yolundan heç də asan olmayacağı aşikardır. Heç bir vətəndaşımız unutmamalıdır ki, döyüşlərin qaynar fazası dayanıb. Dilbilməz qonşularımızı sülhə məcbur etmişik. İndi növbə dilbilməz qonşularımıza sülhü anlatmaq, onları sülhə alışdırmağındır. İnanın bu daha çətin sınaqdır. Lakin biz bunun öhdəsindən də gəlməliyik. Məhz bu səbəbdən bəyanat qəbul olunduqdan sonra hər kəs bir söz deyir və bu nigarançılıq başa düşüləndir.
İndi elə bir məqamdır ki, hər yerdə siyasət danışılır. Mətbəxdə, çayxanada, avtobusda, yolda, qeyri-peşakar internet kanallarında və sosial şəbəkələrdə biz özünü “siyasətçi” və “politoloq” adlandıran onlarla adamla və onların “siyasi analizləri” ilə qarşılaşa bilərik. Bəzən isə ciddi siyasətçilər və dövlət adamları da təəssüf ki, sahələri olmadığı halda bu mövzuda fikirlər bildirirlər. Lakin bu bəzi hallarda cəmiyyətdə mənasız və yersiz fikirlərin qarışmasına səbəb ola bilər. Amma, ancaq, lakin! İlk öncə hər bir vətəndaşımıza tövsiyyə edərdim ki, rəsmi mənbələrə və xüsusi ilə cənab Prezidentin fikirlərinə əsaslansınlar. O, hər zaman deyir ki, xalqının yanındadır və xalqına həmişə hər şeyi olduğu kimi deyir. Ona görə də hər birimiz dövlət başçımızın dediklərinə sözsüz qulaq asıb, bütün informasiyaları məhz onun düşüncələri ilə dəqiqləşdirməliyik. Cənab Prezident verdiyi sözləri unutmayan və həyata keçirən böyük hərflərlə əsil Azərbaycanlıdır!
Qələbə gecəsi də belə oldu. Prezident çıxdı hər şeyi olduğu kimi milyonların gözü önündə etdi. Paşinyan gizlənmişdi. Qorxusundan bəyanatı harda necə imzalayıb heç görən də yoxdur. İndi Paşinyan çox söz deyə bilər. Unutmaq lazım deyil ki, ermənilər bütün dövlət orqanlarına, hətta Paşinyanın yataq otağına belə daxil olub, onu öldürmək istəyir. Ermənistan parlamentin sədrinin başına gətirilən oyundan hər kəsin xəbəri vardır. İndi belə ölüm təhlükəsi ilə qarşı-qarşıya olan bir baş nazir məğlubiyyəti etiraf edə bilirsə bunun özü belə böyük işdir. Azərbaycan qalibdir. Azərbaycan bunu tək başına bacardı. Azərbaycan özü tarixi torpaqlarını azad etdi. Bütün dünyaya nümayiş etdirdi ki, o ali xalqdır və qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilir. Müasir Azərbaycanın milli şüurunun formalaşması İlham Əliyev faktoruna əsaslanır .
Dünya artıq Azərbaycan ordusunun gücünə bələddir və qəhrəmanlığı haqqında məlumatlıdır. Cənab Prezident dəfələrlə milyard dollarlıq istehkamları yarıb keçən Azərbaycan ordusunun əks-həmlə döyüş əməliyyatlarının öyrəniləcəyini demişdir. Puasız, tanksız, artilleriyasız Şuşanı işğaldan azad edən oğullarımızın şücaəti hələ peşakar hərbiçilər tərəfindən çox öyrəniləcək. Taktiki döyüş əməliyyatlarımız hərb kitablarına salınacaq və ən peşakar ordular tərəfindən tədris ediləcəkdir. Bax, budur İlham Əliyevin bu xalqı qarşısında xidmətləri.
Bütün hallarda öz cəsarəti, igidliyi ilə vətən torpağını azad edən ordumuz və qətiyyəti ilə dünyanı dizə gətirən Ali Baş komandanın fəaliyyətini bütün xalqımız yüksək qiymətləndirir. Qəhrəman necə olur, ya da qəhrəman necə olmalıdır? Məgər torpağını hər şeydən üstün tutanlar deyilmi qəhrəmanlar? Bildiyim qədər hərbi cəsarətinə görə Azərbaycanda ən hörmətə layiq fəxri ad “Milli Qəhrəman” fəxri adıdır. Bu ad xüsusi cəsarətinə görə canını vətəninə qurban verənlərə ölkənin Ali rəhbəri, Prezidentdən tərəfindən verilir. Bəs əgər Prezident özü qəhrəmanlıq nümayiş etdirib, vətən torpaqlarını işğaldan azad etməyə qadir olursa onda necə olmalıdır? Kim Qarabağın işğaldan azad olunmasında cənab Prezident İlham Əliyevdən daha çox kim fədakarlıq edə bilərdi ki? Son iki yüz ildə Azərbaycanın işğal altında olan torpaqlarını məhz İlham Əliyev geriyə almışdır. Əgər Ulu Öndər tərəfindən tarixi “Horadiz” əməliyyatınından sonra İlham Əliyevin adı xilaskar və torpaq azad edən komandan kimi qızıl hərflərlə tarixə yazıldı. İlham Əliyev Azərbaycan xalqının Milli Qəhramanıdır. Bu fəxri adı ona milləti, xalqı, ordusu mütləq təqdim edəcəkdir. Məhz bu səbəbdən təklif edirəm ki, Ali Baş komandan İlham Əliyevə Azərbaycanın Milli Qəhramanı fəxri adı verilsin. Bu bütün Azərbaycan xalqının ortaq qərarıdır. Əminəm ki, böyük xalq kütlələri bu xahişlə, bu tələblə Milli Məclisə müraciət edəcəkdir.
Qarabağla bağlı bəyanat bizim qələbəmizin, Ermənistanın isə məğlubiyyətinin etirafıdır. Şərtlərin hamısı bizim diqtəmizlə həyata keçirilir. Ağdam, Kəlbəcər və Laçın boşaldılır. İşğaldan azad etdiyimiz hər yerdə biz qalırıq. Məcburi köçkünlərimiz bütün Qarabağ ərazisində öz ev-eşiklərinə qayıdırlar. Laçın koridoru ilə Şuşadan keçməmək şərti ilə yalnız Xankəndiyə, erməni vətəndaşlarımızın kompakt yaşadığı əraziyə yeni yol çəkilir. Sülhməramlılar müddətli və məhdud sayda hərbi qüvvə ilə regionda gəlir. Türkiyə ilə birgə Rusiya sülhməramlılarının fəaliyyət göstərdikləri müşahidə mərkəzi yaradılır. Naxçıvana Ermənistan ərazisindən koridor verilir. Və ən əsası Dağlıq Qarabağ deyilən bir ərazi vahidimiz olmadığı üçün heç bir statusdan da söhbət gedə bilməz. Bütün Qarabağda yalnız Azərbaycan bayrağı asılacaq, yalnız bizim pul vahidimiz olan manat istifadə olunacaq, bütün hüquq mühafizə işini Azərbaycan tərəfi həyata keçirəcəkdir. Qələbə daha necə olmalıdır ki? Bu tam qələbədir!
Qarabağın açılmayan düyünü olan işğal prossesi rəşadətli ordumuz və müzəffər Ali Baş komandan tərəfindən çözüldü. Prezident dəfələrlə qeyd etmişdir ki, işğal faktı ilə barışmayacağıq. Budur nəticə! Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq diz çöküb. Prezident qeyd edir ki, qorxaqlar kimi zirzəmidə imzalanan təslim aktı bizim tam qələbəmizdən xəbər verir. Ermənistana pulsuz hədiyyə olunan silahlar bir çox hallarda tərəfimizdən məhv edildi. Bəzilərini isə elə döyüş meydanında qoyub qaçdılar. Bax, bu silahlar Bakıda nümayiş etdiriləcəklər. Qoy bütün dünya qorxaq Ermənistan ordusunu yaxından tanısın.
Bilirsinizmi, tarix hər bir məqamı özündə yazıb. Biz otuz il deyil, əsrlər də keçsə Xocalını, Qarabağda başımıza gətirilən oyunları unudan deyilik. Əlbəttə, günahı olan hər kəs mütləq öz cəzasını alacaqdır. İstər mənəvi, istər maddi, istərsə də tarix qarşısında günahkarlar öz cəzasını alacaqdır. Artıq ölkəmizə dəyən zərər hesablanır. Erməni tərəfi özü bununla bağlı fikirləri səsləndirir. Söhbət milyardlarla dollardan gedir və inanın ki, onlar bu otuz ildə etdikləri heç bir hərəkətin hesabına verə bilməyəcəklər tarix qarşısında. Amma qanun və beynəlxalq hüquq qarşısında mütləq verəcəkdir.
Tarixdə heç bir müharibə sona qədər davam etməmişdir. Hər müharibənin sonu mütləq sülh müqaviləsi ilə bitir. Şükürlər olsun ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bizim, Azərbaycan xalqının qələbəsi ilə başa çatmışdır. Xalqımız və Ali Baş komandanımız sayəsində biz tam qalibik!!!

Keçidlər