Şriftin ölçüsü :

Saytın rəngi :

Qafqazın konservatoriyası və incisi olan Şuşanın azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhununun nümayişi deyil, həm də tapdanmış heysiyyatının və milli qürurunun bərpası, dirçəldilməsidir!

13 noyabr 2020 | 16:00

Torpaqlarımızın işğaldan azad olunması uğrunda cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan böyük Qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılmış oldu. Həmin Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqımızın inamını özünə qaytardı. Bu Qələbə xalqımızın əzmini, qəhrəmanlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünyaya sübut etdik ki, məğlubiyyətlə heç vaxt barışmayan mübariz xalqımız öz qələbəsini döyüş meydanında müzəffər ordumuzun qəhrəmanlığı ilə əldə etdi. Xalqımıza zəfər bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Müzəfffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyev Şuşanın azad olunması və Qələbə münasibətilə xalqa müraciət edərək demişdir ki, Xalqımız bu gün öz dövlətinin yeni tarixini yazır. Bu günlərdə tarixi ədalət bərpa olunur. Çünki Qarabağ torpağı Azərbaycan xalqının əzəli tarixi torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub, tikib. Azərbaycan dövləti bütün şəhərləri bərpa edəcək. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlər bərpa olunacaq və oradan azan səsi yenə də eşidiləcəkdir.
Ölkəmizdəki həmrəylik, milli birlik əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib qələbə qazandı. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qələbənin əldə olunmasında ən böyük amil isə Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi olmuşdur.
Cənab Prezidentin müraciətində həm də ermənilər tərəfindən illərlə yaradılmış mifin dağıdılması qeyd olunur: “Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq. Bizdə bir nəfər fərari oldumu? Olmadı!”
Qafqazın konservatoriyası və incisi olan Şuşanın azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhununun nümayişi deyil, həm də tapdanmış heysiyyatının və milli qürurunun bərpası, dirçəldilməsidir.
Bu gün biz xalq olaraq hamımız qürurluyuq, başımızı dik tuturuq, özümüzü güvənli və güclü hiss edirik. Ali Baş Komandanımız Şəxsiyyət kimi yeni tarix yaradır. O, son iki əsrdə xalqımızın və dövlətimizin haqsız olaraq məruz qaldığı məğlubiyyətlər tarixinin qaranlıq səhifəsini qapadıb, torpaqlarımızın işğal günlərini təqvimdən çıxararaq onları qələbə günləri ilə əvəzləyir, qalibiyyət səhifəsi ilə başlayan yeni və şanlı tarix yazır. Hər kəs bilməlidir ki, Qarabağ bizim əzəli torpağımızdır. Qarabağ mədəniyyət ocağımızdır. Qarabağ Azərbaycandır!
Xalqımızın prezidentimizə olan inamı və dəstəyi bundan sonra da dövlətimizin inkişafina yol açacaqdır. “Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu mənə güc verir. Bu mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm” deyərək Cənab prezident bir daha dünyaya Azərbaycan xalqının bir yumruq kimi birləşərək öz Ali Baş Komandanının arxasında olduğunu göstərdi.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ələddin Məmmədov adına 76 №-li tam orta məktəbin direktoru Nəsimi Quliyev

Keçidlər