Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilmiş qaydada davam etdirilir

29 oktyabr 2020 | 16:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılmış Operativ Qərargahın üzvlərinin iştirakı ilə mobil qruplar tərəfindən hər gün rayon ərazisində ictimai iaşə, ticari və digər obyektlərdə (restoran, kafe, çayxana və s.), eləcə də əhalinin sıx toplaşdığı məkanlarda  xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarət məqsədi ilə reydlər keçirilir. Sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır. İctimai iaşə, ticari və digər obyektlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə zidd, pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülür.

Keçidlər