Bu gün otuz il xalqımızın ürəyindəki Vətən, torpaq, yurd həsrətinə Şanlı Azərbaycan Ordumuz son qoyur
Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev oktyabrın 26-da Azərbaycan xalqına müraciəti sözün əsl mənasında tarixi bir çıxış oldu. Bu çıxış bütün Azərbaycan xalqının ürəyindən olub, dövlət başçımızın ali siyasi mövqeyinı əks etdirdi.
Böyük Ali Baş Komandan çıxışında bildirdi ki, bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Bu müharibə Azərbaycan xalqının şərəfli və unudulmaz, tarixi qələbəsi ilə yaddaşlarda qalaraq və tariximizin şanlı səhifəsinə həkk olunacaqdır. Nəhayət ki, bu gün otuz il xalqımızın ürəyindəki Vətən, torpaq, yurd həsrətinə Şanlı Azərbaycan Ordumuz son qoyur.
Prezidentimizin bütün çıxışlarında olduğu kimi bu çıxışında da onun humanist, təmkinli, uzaqgörən ali siyasəti, hadisələrə obyektiv münasibəti xüsusilə yadda qaldı. O, qeyd etdi ki, Azərbaycan xalqı humanist, vətənpərvər xalqdır və müharibənin bütün qanunlarına əməl edərək ədalətli müharibə aparır. Bu ağır günlərdə də biz düşmənin təcavüzkar siyasətinə, ədalətsiz qanunlarına tuş gəlsək də, yenə də ədalət çərçivəsində, beynəlxalq qanunlara riayət edərək, təxribatlara uymayaraq yalnız öz tarixi torpaqlarımız uğrunda mübarizə və müharibə aparırıq. Mənfur düşmən isə Beynəlxalq qətnamələri alçaqcasına pozaraq, humanitar atəşkəsə əməl etməyərək dinc, mülki əhalini raket atəşinə tutur, qanlı faciələr törədir. Əlbəttə ki, Beynəlxalq təşkilatlar buna göz yummamalıdır.
Ali Baş Komandanımız İlham Əliyev bu çıxışında son vəziyyət haqqında hərtərəfli məlumat verərək mövcud vəziyyəti siyasi baxımdan olduqca real səviyyədə təhlil etmişdir.
İlham Əliyev bildirmişdir ki, uzun illər Minsk qrupu, eləcə də BMT Təhlükəsizlik Şurası məsələni sülh yolu ilə həll etməyə cəhd edərək haqq işimizi yubadırdılar. Məsələnin hərbi yolunun mümkünsüz olduğunu hesab edirdilər. Amma biz, Azərbaycan xalqı bir yumruq kimi birləşərək az zamanda işğal olunmuş torpaqlarımızın çox hissəsini azad etmişik. Və onu da dönə-dönə qeyd etdi ki, nə üçün indi Beynəlxalq Təşkilatlar ermənilərin törətdikləri ağır cinayətlərə, təxribatlara göz yumurlar? Onlara təzyiq göstərmək əvəzinə silahlandırırlar? Cenevrə konvensiyasının qətnamələrini kobudcasına pozurlar.
Prezidentimiz çox haqlı olaraq bildirdi ki, Şanlı Azərbaycan Ordumuz torpaqlarımızı azad etməyincə müharibəni dayandırmayacaqdır. Erməni faşistləri torpaqlarımızı tərk etməlidir!
Bu fikirləri İlham Əliyev qətiyyətlə hər dəfə öz çıxışında xalqımıza çatdırır.
" QARABAĞ AZƏRBAYCANDIR"!
Biz Azərbaycan xalqı Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı düşməndən azad edəcəyik!
Qələbə bizim olacaqdır!
Ədalətli müharibə aparırıq.
Nizami, döyüşkən, yüksək əhvali-ruhiyyəli Ordumuz var.
Güclü Ali Baş Komandanımlz vardır!
Eşq olsun Azərbaycan xalqına!!
Məzahir Bayramov adına 196 nömrəli tam orta məktəbin ədəbiyyat müəllimi Zərifə Sufi Mikayılova