Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonundakı təhsil ocaqlarında son zəng çalınmışdır

01 iyun 2014 | 15:00

Bakı, 31 may (AzərTAc). Bakının Suraxanı rayonundakı təhsil ocaqlarında da son zəng mərasimləri keçirilmişdir.
AzərTAc xəbər verir ki, mayın 31-də Suraxanı rayonundakı 146 və 282 tam orta məktəblərdə təntənəli son zəng mərasimləri təşkil edilmişdir.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova çıxış edərək son illər ölkəmizdə təhsil sahəsində qazanılmış uğurlardan danışmış, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, müvafiq dövlət Proqramı çərçivəsində rayondakı təhsil müəssisələrində yenidənqurma işləri aparılmış və bu il Suraxanı rayonundakı 35 tam orta məktəbi 1.900 şagird bitirmişdir.
Mərasimdə çıxış edən müəllim və valideynlər müstəqil həyata vəsiqə alan gəncləri təbrik edərək onlara uğurlar arzulamışlar. Müstəqil Azərbaycan dövlətinin çiçəklənməsində onların üzərinə böyük vəzifələr düşdüyü vurğulanmışdır.
Məzunlar isə son zəngi həyatlarında yeni başlanğıca çağırış kimi dəyərləndirmişlər.
Sonra ənənəvi son zəng çalınmış və məzunlar öz sıralarını birincilərə təhvil vermişlər.
Tədbir maraqlı konsert proqramı ilə davam etmişdir.

Keçidlər