Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsi haqqında

22 oktyabr 2020 | 16:00

1992-1993-cü illərdə baş verən Qarabağ müharibəsinin nəticələri Azərbaycan xalqı üçün çox faciəli oldu.Müharibənin sonunda 20 mindən çox insan qətlə yetirilmiş,50 mindən artıq adam yaralanmış və şikəst olmuş,1335 nəfər əsir düşmüş,4868 nəfər itkin düşmüş və bir milyondan çox insan qaçqın və məcburi köçkün düşmüşdür.Azərbaycan müharibə nəticəsində 22 milyard dollar miqdarında zərərə düşmüş və ərazimizin 20%-ini Ermənistan ordusu işğal etmişdir. Ermənistan ordusunun işğalı altında olduğu 30 il müddətdə tarixi abidələr dağıdılmış, təbii sərvətlər talanmış, kəndlər və qəsəbələlər xarabazarlığa çevrilmişdir.
Bütün bunların fonunda isə, dünyanın aparıcı dövlətləri Azərbaycana sanksiyalar qoyduqları halda,Ermənistana hərtərəfli yardım göstərmişdirlər.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra isə həm daxili,həm də xarici siyasətdə ciddi uğurlar əldə edildi.
Beynəlxalq miqyasda Azərbaycanın haqq işi öz hüquqi qiymətini aldı. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistanın təcavüzünü pisləyən 4 qətnamə qəbul olundu.1994-cü ildən isə ATƏT-in Minsk qrupunun üzvlərinin iştrakı ilə “Qarabağ münaqişəsi”nin həlli ilə bağlı işlər aparılır.Amma çox təəssüf olsun ki,atılan bütün addımlar ancaq,sənədlər və söz səviyyəsində qaldı.Otuz il müddətində Ermənistana qarşı əsaslı heç bir addım atılmadı.
Bu illər ərzində Ulu Öndər Heydər Əliyev və onun davamçısı Cənab  İlham Əliyevin Azərbaycana rəhbərlikləri dövründə Azərbaycan həm iqdisadi həm də hərbi cəhətdən çox qüdrətli dövlətə çevrildi.
Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır.
Oktyabrın 19-da prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibəsində də bu faktları bir daha qeyd etdi. Jurnalistin verdiyi suallara hərtərəfli,aydın və faktlarla cavab verərək bu günkü müharibənin Azərbaycanın haqq işi olduğunu bildirdi.Müsahibədə İlham Əliyev bildirdi ki,bu dövr ərzində Azərbaycan işğal edlimiş torpaqlarının sülh ilə geri alınması üçün,beynəlxalq təşkilatlarla xüsusi ilə Minsk qrupupunun həmsədrləri ilə əlaqəli surətdə işləmişdir.Amma Ermənistan rəhbərliyi  xüsusi ilə də Paşinyanın dövründə nəinki Azərbaycan torpaqlarının geri qaytarılması hətda Azərbaycan və Türkiyə ərazilərinə yeni iddialar irəli sürməyə davam etmişdir.Paşinyan və Ermənistanın digər vəzifəli şəxsləri Qarabağa səfərlər edərək,Azərbaycan əleyhinə fikirlər səsləndirmişdirlər. Bu gün artıq Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək işğal altında olan torpaqları azad edir. Ermənistan ordusu demək olar ki,məhv edilib. Döyüş meydanında məğlub olduğunu görən ermənilər indi də Azərbaycan əleyhinə qarayaxmalara başlayıblar.Amma indi zaman 90-cı illərdəki zaman deyil.Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsi olaraq bütün dünya bu gün haqq işimizi dəstəkləyir. Oktyabrın 10-da Rusiya,Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə humanitar atəşkəs elan edilməsi ilə bağlı bəyanat imzalandı. Amma həmin gecə ermənilər Gəncəyə raket zərbələri endirərək dinc sakinlərin ölümünə səbəb oldular. Çünki, Paşinyan hökumətinə bu atəşkəs lazım deyil. Məğlubiyyətli müharibə və ölənlərin çoxluğu onun sonunu gətirəcəyini bilir. Ona görə də Azərbaycanın dinc əhalisini qətl etməkdən əl çəkmir. Azərbaycan Minsk qrupunun nizamlanma prinsiplərinə hər zaman sadiq olub.Yeganə şərt işğal altında olan torpaqların geri qaytarılmasıdır. Amma torpaqlar geri qaytarılmadığı üçün digər şərtlərin də yerinə yetirilməsi mümkün olmur. Artıq Azərbaycan ordusu uğurlu əməliyyatlar aparır. Bu gün biz əvvəlki status-kvodan danışa bilmərik,təmas xəttindən də söhbət gedə bilməz. Çünki,Azərbaycan tez bir zamanda torpaqlarının geri qaytarılmasını tələb edir. Amma Paşinyan hökuməti yaxşı başa düşür ki, bu onun hakimiyyətinin sonu demək olar ona görə də bununla razılaşmır. Bizim də yenidən 30 il gözləmək fikrimiz yoxdur.
Nizamlanma prinsiplərində Laçın dəhizi məsələsinə gəldikdə biz bunun müqabilində Naxçıvanla tam təhlükəsiz kominikasiya yaradılmasını irəli sürmüşdük. Amma, qeyd olunduğu kimi əsas şərt – işğal olunmuş torpaqların geri qaytarılmadığı üçün,digər şərtlərin də həyata keçirilməsi mümkün olmamışdır.Bu gün isə Azərbaycan öz ordusu hesabına bütün torpaqlarını azad edəcək.
Azərbaycanın  nizami ordusunun sayı 100 min nəfərdir. Ölkədə tam  səfərbərlik belə elan etməmişik.Azərbaycan ordusunda muzdlu döyüşçülərin döyüşməsi ilə bağlı heç bir fakt yoxdur.Ermənistan isə sülhdən danışsa da bu gün də silahlanmaya davam edir.
Azərbaycan ilə Rusiya arasında həm iqtisadi həm də,dostluq münasibətləri ən yüksək səviyyədədir.Bu gün Rusiya da Qarabağın Azərbaycanın ərazisi olduğunu açıq şəkildə bəyan edir.
Azərbaycan bu gün də problemin sülh yolu ilə həllinə hazırdır.Əsas odur Azərbaycan torpaqları tez bir zamanda işğaldan azad edilsin.

280 saylı tam orta məktəbin direktoru Nizami Niftiyev

Keçidlər