Azərbaycan xalqı böyük qayıdış astanasındadır
Bu gün müzəffər, şanlı ordumuz erməni işğalçılarına layiqli cavablarını verərək onlara öz yerlərini göstərir.
30 ildən artıq düşmən tapdağı altında qalmış Azərbaycan torpaqları bu gün Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində qurduğu, şücaətli və igid qəhrəmanlardan ibarət Azərbaycan ordusu ilə Azərbaycanın tarixi torpaqları olan Qarabağı düşmən əsarətindən azad edir.
Heç kəsə sirr deyil ki, Ermənistan ordusu Azərbaycan ordusu ilə döyüşdə heç bir xarici müdaxilə olmadan qələbə qazanmaq gücündədir. Azərbaycan ordusu ən müasir hərbi texnika və silahlarla təchiz olunmuşdur. Bu gün xalqımızın vətənpərvər ruhda tərbiyə almış hər bir gənci ordumuzun sıralarına qatılaraq böyük döyüş əzmi ilə düşməndən qisas alır. Əsgərlərimizin cəsarəti və döyüş əzmi qorxaq düşməni tarixi Azərbaycan torpaqlarından çıxmağa vadar edir.
Ermənistan ordusunun faşist əməlləri hər kəsə məlumdur. Tarixə nəzər salsaq 1918-ci il 31 mart və 1992-ci il 26 fevral soyqırımlarını və sonralar törətdikləri bir çox xalqımıza yönəlmiş terror hadisələrini göstərmək olar.
Azərbaycan ordusunun döyüş meydanında üstünlüyü artıq heç kimə sirr deyil. Belə ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordusu reytinq siyasında layiqli yer tutmuşdur. Hal-hazırda bütün dünya mediasında Azərbaycan ordusunun qüdrəti, əsgərlərinin şücaəti, Ali Baş komandanın verdiyi döyüş əmrinə əsasən hazırlanan uğurlu taktiki hərbi əməliyyatlardan, mənfur düşmənin üzərində qələbələrin qazanılmasından danışılır.
Ali Baş Komandan, cənab Prezidentin hər bir çıxışında dəfələrlə vurğuladığı kimi Azərbaycan dövləti və ordusu dünya dövlətləri tərəfindən tanınmış və qəbul edilmiş ərazi bütövlüyünü bərpa edir.
Azərbaycan dövləti hər zaman sülhün tərəfdarı, Qarabağ məsələsini sülh yolu ilə həll olunmasının tərəfdarı olmuşdur. Lakin Qarabağ məsələsinin həlli üçün dünya dövlətləri çıxış yolu olaraq yaranmış ATƏT-in Minsk qrupunun illərlə fəaliyyət göstərməsinə baxmayaraq məsələ öz həllini tapmamışdır. İllərlə öz dədə-baba torpaqlarından didərgin düşmüş insanlar öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşamışlar. Bu gün xalqımız öz torpaqlarından məhrum olmuş soydaşlarımız öz mənəvi haqqlarını bərpa edirlər.
Ermənistan ordusu Azərbaycan ordusu ilə döyüşdə məğlub olduğundan Ermənistan hakimiyyəti bu məsələsini qlobal məsələyə çevirməyə çalışaraq bu istiqamətdə bir çox namərd əməllər törətmişdir. Bu namərd əməllərdən, döyüş meydanından uzaq, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə və digər bölgələrimizə qadağan olunmuş, yalnız hərbi obyektləri vurmaq üçün nəzərdə tutulmuş raketlərdən sivil insanlara qarşı istifadə edilmişdir. Nəticədə altmış üç mülki şəxs həlak olmuş, 292 şəxs ağır yaralanmışdır.
Azərbaycan dövləti bu provakasiyalara getməyərək düşmənə döyüş meydanında odekvat və layiqli cavab verir.
Mənfur düşmən hər zaman saxtalaşdırılma ilə məşğul olmuşdur. Belə ki, ermənilər tariximizi, musiqimizi, mətbəximizi və digər sahələr üzrə özününküləşdirmə siyasəti aparmışdır.
Hər zaman böyük Ermənistan xülyası ilə yaşayan ermənilər tarixi Azərbaycan torpaqlarına göz dikmiş, Qarabağ torpaqlarını işğal edərək qondarma Qarabağ Respublikası yaratmaq niyyətində olmuşlar. Bu əməllərlə kifayətlənməyən Ermənistan işğalçıları işğal etdikləri Dağlıq Qarabağ ərazisində yerləşən rayon, şəhərlərin adlarını özününküləşdirərək dəyişmişlər. Lakin Ermənistan işğalçılarının bu arzusu ürəklərində qalmış, dünya dövlətləri Dağlıq Qarabağ ərazisinin Azərbaycan ərazisinə daxil olduğunu tanıyaraq qəbul etmişlər.
Bu gün güclü Azərbaycan ordusu, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı altında Azərbaycan torpaqlarını işğalçılardan azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edir.
İllərlə işğal altında qalmış Azərbaycan rayon, şəhər və kəndləri dağıntılara məruz qalaraq yaşayış üçün münasib olmayan hala düşmüşdür. Lakin cənab Prezidentin qeyd etdiyi kimi bütün rayon, şəhər və kəndlər yenidən bərpa olunacaq və bu torpaqlara həyat yenidən qayıdacaqdır...
Bu gün xalqımız, xüsusilə də güclü ordumuz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə inanaraq onun ətrafında sıx birləşərək, düşmənə layiqli cavab verir. Biz hər birimiz öz sahəmizdə əsgər olaraq hər istiqamətdə düşmənə layiqli cavab verməliyik.
Prezident cənab İlham Əliyev öz prezidentlik fəaliyyəti dövründə yalnız Azərbaycanın maraqlarını qorumuş, Azərbaycan dövlətini beynəlxalq arenalarda layiqincə təmsil etmiş, daima xalqının rifahını yüksəltmişdir.
O hər dəfə çıxışları zamanı Qarabağın Azərbaycanın qədim torpaqları olmasını, gec-tez torpaqlarımızın düşməndən azad ediləcəyini vurğulamışdır.
Mənfur düşmən "Qarabağ Ermənistandır." deməsinə prezidentimiz "Qarabağ Azərbaycandır!" deyərək layiqli cavab verərək düşmənə öz yerini göstərmişdir.
Prezidentimizin qətiyyətli və inamlı addımlarının nəticəsi olaraq ordumuz düşmən üzərində qələbələr qazanır.
Biz inanırıq ki, Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli ordumuz tezliklə düşmən üzərində qələbə qazanaraq qədim Qarabağ torpaqlarını düşmən əsarətindən azad edəcək və işğal olunmuş torpaqlarda Azərbaycanın üç rəngli bayrağı dalğalanacaqdır.
Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının bədii rəhbəri Kamran Nurməmmədov