Azərbaycanlı olmaq şərəfdir!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda atdığı qətiyyətli addımlar status-kvonun dəyişməsinə səbəb oldu. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan düşmən üzərində Azərbaycan Ordusu yeni-yeni qələbələr qazanır. Hər gün üçrəngli bayrağımız işğaldan azad edilmiş məntəqələrimizdə ucaldılır. Düşmənin xeyli sayda hərbi texnikası məhv edilir və qənimət kimi götürülür. Bu da, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, Azərbaycan Ordusunun gücüdür!
Azərbaycan Ordusu terrorçu, qatil Ermənistana layiqli yerini göstərir. Biz öz haqqımızı bərpa edirik. Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri öz vətəni, öz torpağı uğrunda mübarizə aparır. Lakin, düşmən Ermənistan bir daha qədim şəhərimiz Gəncəni bombalamaqla öz namərdliyini sübut etmiş oldu. Tərtər, Goranboy, Ağcəbədi, Ağdam, Mingəçevir, Göygöl istiqamətlərində atılan raketlər insanlığa qarşı törədilmiş cinayətdir.
Artıq Ermənistanın özününküləşdirmə siyasətinə son qoyulur. Ermənilər yalnız hərbi deyil, ideoloji cəbhədə də məğlub olur.
Heç bir təxribat, heç bir terrorist hərəkət Azərbaycanı haqq yolundan döndərə bilməz. Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısını alacaq ikinci bir qüvvə yoxdur.
İşğaldan azad olmuş Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, Xudafərin körpüsü, Hadrut qəsəbəsi və bir çox kəndlərimiz bizim hər birimizin sevincidir.
Bu sevinci bizə yaşatdığına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərimiz sonsuzdur.
Azərbaycanlı olmaq şərəfdir!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Ələkbərova Sevda.