Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti qanvermə aksiyası keçirildi

09 oktyabr 2020 | 16:00

Oktyabrın 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəti dəfə könüllü qanvermə aksiyası təşkil olunub. Suraxanı rayonundan Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş deputatların, İcra Hakimiyyəti başçısı Aparatının və onun struktur bölmələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının, eləcə də rayon sakinlərinin iştirakı ilə keçirilən qanvermə aksiyası ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək məqsədi ilə keçirilib. 200 nəfərdən çox şəxsin qoşulduğu bu aksiyada Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donordan qan analizi götürərək onların sağlamlığını öncədən müəyyənləşdirmişdir. Qanvermə aksiyası zamanı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilmişdir. Səhhəti imkan verən hər bir vətəndaşımızı birlik və həmrəylik nümayiş etdirərək, bu nəcib və humanist xarakterli aksiyaya qoşulmağa və qanverməyə dəvət edir, qan verərək həyat qurtaran hər kəsə minnətdarlığımızı bildiririk.

 

Keçidlər