Ali Baş Komandanımızın səyi nəticəsində Azərbaycanın rəşadətli ordusu mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir, qəhrəmanlıq tariximizin ən parlaq səhfələrini yazır.
Cənab prezidentimiz, millətimizin və xalqımızın fəxri İlham Əliyevin 17 oktyabr tarixli müraciəti bizi daha da ruhlandırdı. Həqiqətən prezidentimizin apardığı siyasət nəticəsində xalqımızın intibah, oyanış tarixi ,qələbə tarixi yazılır. Biz çox böyük bir qürur hissi, iftixar hissi duyuruq ki, məhz cənab prezidentimiz ilə eyni zamanda yaşayırıq.
Ali Baş Komandanımızın səyi nəticəsində Azərbaycanın rəşadətli ordusu mümkünsüz hesab olunan vəzifələrin öhdəsindən gəlir, qəhrəmanlıq tariximizin ən parlaq səhifələrini yazır. Bu işdə bütün xalq bir yumruq kimi Ali Baş Komandanımızın ardında birləşiblər. Orduya əsgər göndərən analar sevinclə, zəfər əminliyi ilə övladlarını cəbhəyə yola salırlar. Bunların hamısı xalqın rəhbərinə olan inamından, iradəsindən irəli gəlmişdir. Beləki, indi informasiya əsridir və biz düşmənin apardığı siyasəti, ölkə idarə etməsini də yaxşı görürük. Bu siyasət nəticəsində Ermənistan höküməti öz xalqını bataqlığa aparmaqla yanaşı dünya tərəfində qəbul edilmiş qanunları, Cenevrə konvensiyasını kobudcasına pozur, işğal olunmuş ərazilərimizdə vəhşiliklər törədir, mədəni tarixi abidələrimizi məhv edirlər. Cənab prezidentimizin “Dünya Xocalıya susdusa da Gəncə hadisələrinə susmamalıdır. Biz onları bu cinayətlərə görə döyüş meydanında, məhkəmə qarşısında cəzalandıracağıq. Bu cinayətlər cəzasız qalmayacaq.” bu sözlər hamının ürəyindəki oda su səpdi.
Cənab Ali Baş Komandanımız eyni zamanda xarici dövlətlərə müsahibəsində tutarlı faktlarla və arqumentlərlə çıxış edərək gözünü və qulağını yummuş ölkələrə layiqli cavab verir. Beləki iqtisadiyyatı infilyasiya səviyyəsində olan bir dövlətin bu qədər silah sursat ilə necə təmin olunduğunu bilmək və təxmin etmək üçün heç də alim olmaq lazım deyil. Yəni bizim otuz ildir dəyirmi masa arxasından səsləndirdiyimiz haqlı səsimizi eşitməyən dünya indi bizdən atəşkəs gözləyir. Bəs bizim günahsız insanlarımız, Gəncədə, Xocalıda qətl edilən millətimizin, günahsız insanlarımızın haqqı? Biz sülh tərəfdarıyıq amma öz torpaqlarımızın bir santimetrini belə kiməsə verməmək şərti ilə. Vətən əcdadımızın mədfəni, övladımızın məskənidir. Xalqımız və rəşadətli ordumuz öz qələbə səlnaməsini yazır. Bizim məqsədimiz də amalımız da bəllidir.
Cənab prezidentimiz dəfələrlə vurğuladığı kimi “Biz erməni deyilik dinc, günahsız əhalini qətl edək, biz düşmənə tutarlı cavabı döyüş meydanında veririk və verəcəyik”. Eşq olsun! Cənab prezidentimizə! Biz fəxr edirik ki, sizin kimi savadlı, güclü siyasətə malik, müdrik prezidentimiz var. Cənab İlham Əliyev Ümummilli liderimiz, Ulu Öndərimizin bizə bir hədiyyəsidir.
Ordumuz zəfər yolundadır, inşallah zəfər bayrağımız Qarabağda dalğalanacaq. Füzuli şəhərinin azad olması zəfər qələbəmizin, “Vətən müharibəmizin” başlanğıcı, böyük qələbənin müjdəçisidir.
Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan ordusu! Qarabağ Azərbaycandır!
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin direktor müavini Kəmalə Məmmədova