Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim öz yolumuz, bizim öz amalımız var”

20 oktyabr 2020 | 16:00

17 oktyabr 2020-ci il gecə saatlarında mənfur düşmənimiz olan erməni terrorçuları Gəncə şəhərinə növbəti dəfə raket atmışlar. Şəhərin iki istiqamətinə atəş nəticəsində aralarında uşaqlar da olmaqla 15 nəfər dinc sakin həlak olmuş, 40 nəfərdən artıq insan isə yaralanmışdır. Nəzərə alsaq ki, Gəncə cəbhə bölgəsindən xeyli aralıda yerləşir bu bölgədə yaşayan insanların yuxudaikən raket atəşinə məruz qalması insanlığa, müharibə qanunlarına sığmayan bir haldır. Bunun ən alçaq düşmən terrorçusu edə bilər. Rəsmi Yeravan Cenevrə konversiyasına zidd əməllər törətməkdə davam edir. Baş verən faciə ilə bağlı Azərbaycan Respublikasının Prezidenti xalqa müraciət etdi. O öz çıxışında demişdir ki, Qarabağ uğrunda gedən döyüşlərdə öz uğursuzluğunu, məğlubiyyətini görən düşmən terrora əl atmış, dinc sakinləri hədəfə almışdır. Bununla Erməni terrorçuları Azərbaycan xalqının gözünü qorxutmağa çalışırlar. “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik, bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir.”
       Rəşadətli ordumuzun apardığı uğurlu əməliyyatlar düşmənin sonunun yaxınlaşdığından xəbər verir. Erməni əsgəri öz silah-sursat və texnikasını döyüş meydanlarında atıb qaçır. Əsgərlərimiz düşmənin xeyli silah-sursatını, texnikasını qənimət kimi ələ keçirməkdədir. Düşmən isə məğlubiyyətini təkzib etməyə çalışır. Qarabağın ətraf rayonlarında gedən şiddətli döyüşlərdə çoxsaylı itkilər verən Ermənistan ordusunun sıraları süratlə azalır. Yerli və xarici müşahidəçilərin rəylərinə görə 3 həftə ərzində düşmən ordusunun malik olduğu silah sursatın, hərbi texnikanın üçdəbirindən çoxu məhv edilib. Düşmən ordusunda başlayan fərarilik, gənclərin kütləvi şəkildə hərbi xidmətdən imtina etməsi də, Ermənistan rəhbərliyinin çıxılmaz vəziyyətdə qoyub. Öz ölkəsini bataqlığa aparan cinayətkar Ermənistan hakimiyyəti, onun rəhbəri N.Paşinyan məsuliyyətə cəlb olunmalıdır. İqtisadiyyatı zəif olan Ermənistana böyük sayda silah-sursat yardımı edən ölkələrdə ən az onlar qədər cinayət məsuliyyətinə cəlb olunmalıdır.
        Azərbaycan ordusu tarix yazır, qəhrəmanlıq səlnaməsinə öz imzasını atır. Ölkə başçımız 17 oktyabr tarixdə xalqa müraciətində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndiləri və Fizuli şəhəri işğaldan azad edildiyini bəyan etdi. Xalqımız böyük qələbənin müjdəsini gözləyir. Üç rəngli bayrağımız azad olunmuş torpaqlarımızda vüqarla dalğalanır.
M.Ə.Sabir adına Bülbülə Mədəniyyət evinin direktoru Fazil Vəliyev

Keçidlər