Qələbə bizimdir! Qarabağ Azərbaycandır!!!
30 ildir ki, erməni işğalı altında olan Qarabağ böyük bir faciə yaşayır. Bu illər ərzində azğın ermənilər Azərbaycanın tarixi torpaqları olan Qarabağın yeraltı və yerüstü sərvətlərini talan etmiş, kəndləri, şəhərləri, tarixi abidələri viran qoymuş və təbiətini məhv etmişlər. Butün siyasi görüşlərdə Azərbaycan bir çox beynəlxalq təşkilatlara müraciət edərək ermənilərin törətdikləri vəhşiliyi onların diqətinə çatdırmışdır. Onlar Qarabağın Azərbaycana məxsus olduğunu bilsələr də, konfliktin çözülməsi ilə bağlı heç bir iş görməmişlər. Bu işi Azərbaycan təkbaşına Türkiyənin siyasi və mənəvi dəstəyi ilə görməyə məcbur oldu.
Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin davamçısı, qətiyyətli və sözünü siyasi arenada deyə bilən İlham Əliyevin ətrafında sıx birləşmişdir. Sentyarın 27-də erməni silahlı birləşmələri və muzdlu terroristlər yeni yaşayış məntəqələri ələ keçirmək məqsədilə yenidən hücuma başlamış və Azərbaycanı əks hücum əməliyyatları keçirməyə məcbur etmişdir.
Azərbaycanın müzəffər ordusu Ali Baş Komandanın rəhbərliyi ilə əks hücuma keçərək yaşayış məntəqələrimizi ard-arda işğaldan azad etməyə başladı. Qısa müdət ərsində bir şəhər, bir qəsəbə və 48 kənd azad edildi. Status- kvo və təmas xətti artıq yoxdur. Bu çətin vaxtda bizə öz dəstəyini bildirən qardaş türk xalqı və Pakistan dövləti oldu. Qısa müddət ərzində siyasi müstəvidə Azərbaycanı dəstəkləyən dövlətlərin sayı artmağa başladı. Dünya artıq dərk etdi ki, Azərbaycanın xilaskar ordusu haqq işi uğrunda əzəli torpaqlarını azad edir, azğın ermənilər isə qəsbkarlıq məqsədilə mübarizə aparırlar. Müxtəlif telekanallar Azərbaycanın mövqeyini işıqlandırmağa başladılar. Türkiyənin “A Haber” televiziya kanalı haqq səsimizi bütün dünyaya çatdırdı. Qardaş türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq” sözləri “Bir millət, iki dövlət” kəlamını bir daha təsdiqlədi. Bu mənəvi dəstəklə Azərbaycan tək olmadığını əyani olaraq gördü. Azğın ermənilər döyüş səhnəsində uduzduqlarını görərək müharibə bölgəsindən çox uzaqda yerləşən şəhərlərimizi raket atəşinə tutaraq hərbi cinayətə əl atmışlar.
Bu məsələnin siyası yolla həllinin Türkiyəsiz mümkün olmadığını deyən İlham Əliyev qələbənin yaxın zamanlarda olacağını bildirir. Küçədən gələn, təcrübəsis, savadsız və fikrini heç bir dildə səlis ifadə edə bilməyən və Ermənistanı uçuruma aparan bir xuntanın başçısı tələblər irəli sürürdüsə indi Azərbaycanın yeganə tələbini-torpaqlarımızdan rədd olub çıxaraq yerinə yetirməlidir.
Ərazi bütövlüyümüzü bərpa etdiyimizi, haqlı olduğumuzu və öz torpağımızda qəsbkarlarla döyüşdüyümüzü deyən İlham Əliyev ermənilərin torpaqlarımızdan çıxdığı halda atəşi dayandıracağımızı dəfələrlə demişdir.
Ali Baş komandanın rəhbərliyi altında qətiyyətli, rəşadətli və qorxmaz Azərbaycan ordusu yeni bir tarix yazaraq Qarabağ həsrətinə son qoymaqdadır. Gələcək nəsillər bu tarixi vərəq-vərəq öyrənəcəklər.Bu torpaqlarda qan tökən şəhidlərin ruhu rahatlıq tapacaq, onların qisası alınır və alınacaq. Torpaqlarımız bir-bir azad olunur. Dağılmış evlər, şəhərlər bərpa olunacaq və həyat əvvəlki axarı ilə davam edəcəkdir. Qarabağın hər yerində körpə gülüşü eşidiləcək.
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!!!
317 nömrəli məktəbin direktor müavini Mirzəyeva Gülarə