"Ermənistan büdcəsindən qat-qat baha döyüş sursatlarını necə əldə edir?!"
Cənab Prezidentin hər müsahibəsi vətəndaşlar tərəfindən böyük maraqla, diqqətlə və fəxarət hissilə izlənilir. Çünki yüksək siyasi analiz qabiliyyəti ilə Ermənistanın dünyaya məlum olan və olmayan çirkin iç üzünü analiz edən, beynəlxalq ictimaiyyətə nümayiş etdirən Ali Baş Komandan hər bir müsahibəsində düşmənin necə faşist bir ölkə olduğunun sübutlarını ortaya qoymuş olur.
Bu günlər ərzində arxa cəbhədə informasiya müharibəsi aparan biri kimi diqqətimi çəkən məqamlardan biri erməni camaatının beynəlxalq xəbər səhifələrində "biz ermənilər bütün dünyaya yayılmışıq!" ,"biz hər yerdəyik!" şüarları əslində dünya ictimaiyyətinin gözünü açmalıdır. Çünki bu gün PKK-dan böyük dəstək alan, mülki aviasiyadan qaçaq silah sursat daşınması üçün istifadə edən bir millətin hədəfləri təkcə Azərbaycan yox eləcə də dünyanın ən nüfuzlu ölkələrində əsaslı kök salmaq və "böyük ermənistan" yaratmaq xülyasıdır.
Bu gün Amerikanın bəzi ştatlarının, Fransanın bəzi şəhərlərinin sakinlərinin böyük hissəsini ermənilər təşkil edir. Bu nəyə bənzəyir? 80-90cı illərdəki Azərbaycana. Həmin taktika ilə gedirlər. Ermənilərin kütləvi yerləşdirilməsi, əvvəlcə dostluq, qonşuluq sonra isə işğal.
Çox təəssüf ki, nə Avropa dövlətləri, nə də Amerika bunun qarşısını almır və oğru bir millət tərəfindən nələrə məruz qalacaqlarını təsəvvür belə etmirlər.
Döyüşlər ərzində əldə olunan qənimətlərin dəyərinə diqqət etdikdə belə bir sual ortaya çıxır, milyardlarla dollar dəyərində ölçülən bu döyüş texnikası Ermənistan kimi kasıb bir ölkənin büdcəsindən qat-qat yülsəkdir, bəs bu silahlar hardandır və düşmən bunu necə əldə edib? Təbii ki, bunun bir cavabı var. Beynəlxalq cinayət.
Cənab Prezidentin müsahibəsində toxunduğu digər məsələ Kəlbəcərdəki qızıl yataqlarının ermənilər tərəfindən talanıdır. Torpaqlarının altı da üstü də qızıl olan gözəl Vətənim 30 ilə yaxındır terrorçu ermənistan tərəfindən talan edilir, sərvətləri ermənilərin ticarət predmetinə çevrilir. Bununla bağlı Azərbaycan höküməti dəfələrlə Ermənistanla ticarət əlaqələri quran şirkətlərə xəbərdarlıq etmiş və bunun qanunsuz olduğunu bildirmişdir.
Ancaq bütün bu təssüfümüz və məruz qaldığımız oğurluqlar fonunda qürurla izlədiyimiz canlı bir qəhrəmanlıq səlnaməsi də vardır ki, bu gün dünya artıq ordumuzun gücündən, qüdrətindən danışır. Prezidentin öz müsahibəsində qeyd edir: "Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti var. Böyük xəndəklər qazıldı, digər mühəndislik işləri görüldü. Çox böyük beton plitələri vardır, sığınacaqlar vardır, bunkerlər vardır. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir. Çətin bir iş və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi və biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi"
Müharibədə ən yaxşı silahlardan biri möhkəm psixoloji vəziyyətdir ki, bunu bizə qardaş iki ölkə yaşatdı.İlk gündən bugünədək Türkiyə və Pakistan hökümətinin və xalqının böyük dəstəyini görürük. Bu dəstəklə və igid oğullarımızın gücüylə tezliklə bütün Qarabağımızı erməni canilərinin tapdağından qurtacağımıza hamımız əminik!
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Zulfiyyə Mustafayeva