Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ Azərbaycandır!

18 oktyabr 2020 | 16:00

Erməni faşistlərinin  bizim müharibə olmayan ərazilərdə törətdiyi terror hadisələri hər kəsə məlumdur. Atəşkəs elan edilməsinə baxmayaraq ermənilər atəşkəsi dəfələrlə pozmaqda davam edir.
Suqovuşan qəsəbəsi, Cəbrayıl şəhəri və kəndləri, Füzuli şəhəri və kəndləri, Xocavənd şəhərinin kəndləri həmçinin digər strateji əhəmiyyətli yüksəkliklər və yaşayış məntəqələri Ali-Baş Komandanımızın əmri ilə rəşadətli və müzəffər ordumuz tərəfindən işğaldan azad edilmişdir!
1992-1993-cü illərdə Ermənistan ərazilərimizin  bir hissəsini  işğal etdikdə  BMT Təhlükəsizlik Şurası qoşunların bizim ərazidən dərhal, tam və qeyri-şərtsiz çıxarılması ilə bağlı  dörd qətnamə qəbul etdi. Lakin bu qətnamələr kağız üzərində qalmaqdadır.
Ermənilər iddia edir ki, bizim ordumuzda digər ölkələrin əsgərlərindən ibarət yığılma ordu var. Cənab Prezidentimiz aparıcı kanallara müsahibə verərkən qətiyyətlə bildirmişdir ki bu tamamilə yalandır! Çünki bu dövlətin ölkə vətəndaşlarından  və ya xaricdə  kimdənsə  gizli saxlanılmalı  heç bir addımı yoxdur. Bizim nəinki dostlarımızla, hətta düşmənimizlə münasibətlərimizdə də riyakarlıq, saxtakarlıq, yalan və uydurma yoxdur. 27 sentyabrdan öncə Erməni hakimiyyəti elan etdi ki, bir qarış torpağımızı geri qaytarmayacaq və bizimlə müharibəyə başlayacaqdır. O, Şuşada qondarma andiçmə mərasimi keçirir, sərxoş halda yallı gedir, məscidlərimizdə donuz saxlayır və müharibə edəcəyini bildirir.  Lakin cənab Prezidentimiz buna imkan  vermədi.
Azərbaycan üçün bu müharibə  azadlıq müharibəsi, ermənilər üçün isə işğalçı müharibədir. Erməni əsgərləri başqa ölkənin ərazilərində həlak olur. Amma bizim əsgərlərimiz öz torpaqlarında şəhid olur.  Bu savaş Azərbaycanın işğal  olunmuş  torpaqlarını  azad etmək uğrunda  Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ  mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin  missiyasına ehtiyac yoxdur. Bütün məcburi köçkünlərimiz öz dogma torpaqlarına qayıtmalıdır. Biz bunu təmin edəcəyik.
Tarixdə Kürəkçay  müqaviləsində  erməni məsələsi haqqında heç bir fikir bildirilməmişdir. 1918-ci ildə isə Qafqaz bürosu Azərbaycan müstəqil dövlət olduqdan sonra Qarabağın Azərbaycan torpaqlarının tərkib hissəsi olması kimi tam rəsmiləşdirildi. Bütün dünya bilməlidir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır!
Azərbaycan xalqı bu gün birdir, həmrəydir! Xalqımız Ali-Baş Komandanın ətrafında sıx birləşib!
Cənab Prezidentimizin də dediyi kimi Biz haqlıyıq, biz zəfər çalacağıq!

Suraxanı rayon gənci Arzu Məmmədli

Keçidlər