Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan qorxaq və uşaq qatilidir !

17 oktyabr 2020 | 16:00

Artıq bir neçə gündür ki, Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun yeni tarix yazmasının şahidi oluruq. İllərdir düşmən əsirliyində olan Qarabağ kənd – kənd işğaldan azad edilir. Otuz il öncə öz yurd - yuvasından didərgin salınan körpələr bu gün tank üzərində evlərinə qayıdırlar. Onların bu möhtəşəm qayıdışı düşməni vahiməyə salaraq geri çəkilməyə məcbur edir. Ordumuzun sürətli irəliləyişinə tab gətirməyən düşmən öz silah – sursatını, hərbi texnikasını, hətta cəsədlərini belə döyüş meydanından çıxarmağa fürsət tapmır. 90 – cı illərdə ard - arda işğal xəbərləri ilə sabahlarını açan xalqımız bu gün cənab Prezident İlham Əliyevin qələbə xəbərləri ilə sevinir.
Beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınsa da, Ermənistanın işğalçı olduğu və torpaqlarımızı tərk etməli olduğu təsdiqlənsə də məlum qüvvələr tərəfindən aparılan ikili siyasət nəticəsində zaman Azərbaycanın əleyhinə işləməyə başlamışdır. Dəfələrlə danışıqlar masasından son anda qaçan, şərtlərə yersiz dəyişikliklər etməyə çalışan ermənilər öz hirslərinin qurbanı oldu. Soros fondunun hakimiyyətə gətirdiyi Paşinyanın və hökümətinin sarsaq açıqlmaları bu problemin sülh yolu ilə həll olunmayacağını göstərirdi. Dəfələrlə erməni tərəfinin atəşkəsi pozmasından sonra aldığı cavab onlara dərs olmamışdır. Son təxribatdan sonra ordumuzun qətiyyətli əks – hücum əməliyyatı düşməni çaşbaş saldı. Döyüş meydanında məğlub olan ermənilər hər zaman olduğu kimi cinayətə əl atdı. Növbəti hərbi cinayətini işləyərək dinc əhalini hədəf seçdi.
Bütün dövlət başçılarından kömək istəyən Ermənistan, nəhayətində xarici işlər nazirləri səviyyəsində görüşə nail oldu. Moskvada həyata keçirilən və 11 saatdan çox davam edən görüşün nəticəsi olaraq əsir və cəsədlərin dəyişdirilməsi üçün hümanitar atəşkəs əldə olundu. Lakin Ermənistanın planları tamam başqa imiş. Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək, Azərbaycanın cəbhədəki uğurlarını ləngitmək istəyirdi. Hümanitar atəşkəsin ilk saatlarından Ermənistan əks həmlə etməyə çalışmaqla yanaşı, Gəncə şəhərinə atdığı balistik raketlər dinc sakinlərin şəhid olmasına səbəb oldu. Lakin özünü “Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Təşkilatı” adlandıranlar hələ də susur!
Onlarla terror təşkilatına malik olan bir dövlət özü də terrorçudur. Elə buna görə də bu gün mübarizə meydanında əcnəbi terrorçular erməni hərbiçilərlə birgə Azərbaycana qarşı döyüşür. Ona görə də Ermənistandan hər şey gözləmək olar. Azərbaycan ordusu sıralarında türk əsgərlərinin döyüşdüyünü iddia edən ermənilər bizim də türk kökənli olduğumuzu və Türkiyə ilə qardaş olduğumuzu unudublar. Lakin buna baxmayaraq iki milyon əhalisi olan Ermənistana qarşı müharibədə on milyonluq xalqın əlavə qüvvəyə ehtiyacı yoxdur. Türkiyə ilə yanaşı Azərbaycanı dəstəkləyən Pakistan, İsrail, Ukrayna və digər bəzi ölkələr var.
Gəncəyə, Tərtərə, Mingəçevirə və digər yaşayış məntəqələrinə edilən hücumlar ermənilərin qorxaq olduğunu bir daha sübut etdi! Ermənilərin bu cinayətləri cavabsız qalmayacaq. Azərbaycanın atacağı hər bir ciddi addımın məsuliyyəti Ermənistanın üzərinə düşür!
Bu hücumlara baxmayaraq xalq vətən müharibəsini davam edəcək! Erməni vandallarına qarşı mübarizədə öz liderinin yanında olacaq və onu dəstəkləyəcək !

Suraxanı rayonu  Qaraçuxur Bələdiyyəsinin üzvü, Hüquq Məsələləri Daimi Komissiyasının sədri Eldar Mirzəliyev

Keçidlər