Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Prezidenti bütün kürsülərdə haqq işimizin təbliği və dünyaya çatdırılması istiqamətində müstəsna rola malikdir”

17 oktyabr 2020 | 16:00

Azərbaycan dövləti və cəmiyyəti bir neçə istiqamətdə Vətən müharibəsini davam etdirir. 21-ci əsrdə, müasir dünyanın inkişaf texnologiyalarının vüsət aldığı zamanda Avropanın ortasında illərdir öz suveren hüquqlarından məhrum edilmiş Azərbaycan xalqı əlbəttə bütün imkanlardan istifadə edərək öz ərazi bütövlüyü uğrunda döyüşür və bu xalqımızın haqq işidir.
Müasir dünyada hərb sferasında aparılan mübarizələrdən də, əhəmiyyətli bir mübarizə vardır ki, o informasiya müharibəsidir. Əsrlərdir ki, dünyanı erməni yalanlarına və uydurmalarına inandırmağa çalışanların indi ki, informasiya imkanlarından maksimum istifadə edirlər. Lakin necə deyərlər haqq üzülər amma qırılmaz! Başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla hər bir Azərbaycan vətəndaşı bütün mümkün platformalarda Azərbaycanın haqq işinin təbliği və dünyaya çatdırılması istiqamətində əlindən gələni edir.
Azərbaycanın həyata keçirdiyi əks-həmlə əməliyyatları istiqamətində torpaqlarımız işğaldan azad edildikcə sanki bütün dünyada şok effetki yaranmaqdadır. Təbii dostlarımız sevinir və bizi dəstəkləməyə davam edir, düşmənlərimizin narahatçılğı isə tamamilə başa düşüləndir. Dünyada güclənən Azərbaycan və regionda söz sahibi olan olan xalqımız kimlərisə narahat edir. Bizim isə yolumuz açıq, amalımız aydındır. Onun üçün biz narahat deyilik!
Azərbaycan Respublikasının Prezidenti son günlər ərzində döyüş meydanlarının müzəffər komandanı olmaqla yanaşı, siyasi-diplomatik sferalarda da ölkənin baş diplomatı kimi hərbi uğurlarımızı siyasi qələbələrə çevirmək üçün davanmadan və operativ şəkildə çalışır. Siyasi diplomatik istiqamətin ən vacib yollarından biri məhz dünya ictimaiyyətini doğru, düzgün və operativ məlumatlarla təmin etməkdir ki, bunu Azərbaycan Respublikasının Prezidenti çox məharətlə bacarır. O, dünyanın müxtəlif ölkələrinin telekanallarına verdiyi müsahibələrlə bir daha göstərdi ki, xalqımızın əks-həmlə əməliyyatı sülhü məcujr etməyə yönəlmişdir və heç bir başqa məqsədi yoxdur.
Bir-birini təkrar etməyən lakin mahiyyət etibarı ilə xalqımızın birliyinə, ərazi bütövlüyümüzün təmin olunmasına, dövlətimizin ali prinsiplərinin həyata keçirilməsinə istiqamətlənmiş cənab Prezidentin müsahibələri bir çox mətləblərə aydınlıq gətirir. Səmimi, dəqiq, aydın müsahibələrə həm yerli izləyicilərin suallarına cavabdır həm də, Azərbaycanda siyasi-iqtisadi maraqları olan digər dövlətlərin. Dünyanın müxtəlif ölkələrindən müsahibələrlə bağlı müraciətlər olsa da, əlbəttə müraciətlər Azərbaycan dövləti tərəfindən dəyərləndirilir və adekvat addımlar atılır. Deməliyəm ki, Rusiyanın NİA, Fransanın Frans 24 və Euro-nyus kanalları ilə yanaşı qardaş ölkə türkiyənin dövlət və özəl kanallarının müraciətləri həddən artıq çoxdur. Əlbəttə Türk xalqının, cəmiyyətinin və dövlətinin Azərbaycanın haqq işinə münasibəti aydındır. Türkiyə Prezidentin hadisələr başlayan ilk andan Azərbaycana verdiyi açıq dəstək olmasa idi, bu gün ölkə daxilində və xaricində Azərbaycana qarşı düşmən ünsürlərin bədxah əməlləri üzə çıxardı.
Bildiyimiz kimi Türkiyənin bir çox telekanalına müsahibə verən cənab Prezident bir çox məqamlara aydınlıq gətirərək həm dünyanı, həm də türk tamaşaçıların maraqlarına cavab verən mövqe ilə dünyanı öz zəkasına heyran qoymuşdur.
Son günlər Türkiyənin “Haber –Türk” televiziya kanalına cənab Prezidentin verdiyi müsahibə istər Azərbaycan cəmiyyətində, istərsə də dünya ictimaiyyətində əks-səda doğurmuşdur.
Aparıcının suallarına cavab olaraq cənab Prezident haqlı olaraq Ermənistanın münaqişəyə üçüncü tərəfləri qoşmaq arzusundan bəhs etmişdir. Bu heç vaxt reallaşa bilməz. Çünki Azərbaycan öz ərazilərində xilaskar missiya yerinə yetirir. Azərbaycan regionda və dünyada olan bütün dövlətlərlə ikitərəfli və çoxtərəfli yaxşı münasibətlərə sahibdir. Ermənistanın işğalçı siyasətinə heç bir üçüncü tərəfə dəstək verməməldir. 
Ermənistan özünə dünya və regional səviyyədə tərəfdaş tapa bilmir və zəng etdiyi dünya liderləri artıq onun zənglərinə cavab verməyərək əslində öz münasibətlərini bildirmiş olurlar. Geriyə isə yalnız bir yol qalır. O da qarayaxma! Hər kəsə Azərbaycan Türkiyə münasibətləri məlumdur. Türkiyənin əks-həmlə əməliyyatına verdiyi siyasi-diplomatik dəstək də hər kəs tərəfindən bilinir. Ermənistan isə manipulyasiya edir. Bunun əvəzinə Ermənistan hakimiyyəti hümanitar atəşkəsə əməl etsə və öz həlak olmuş əsgərlərinin cansız bədənlərinə sahib çıxsa bu daha hörmətə layiq addım olardı. Müsahibə zamanı təmas xətti və status-kvo məsələlərinə aydınlıq gətirən cənab Prezident artıq bu münaqişədə belə siyasi diplomatik terminlərin olmadığını, heç ehtiyac da duyulmadığını bir daha təkrar etdi. Rəşadətli Azərbaycan ordusu döyüş meydanında dəfələrlə ermənilərin illər ərzində qurub və möhkəmləndirdikləri təmas və müdafiə xəttini darmadağın etmişdir.
Türkiyə silahlarının istifadəsi, xüsusi ilə də PUA-lardan və dronlardan istifadə məsələsi də son günlərin ən aktual məsələlərindəndir. Bu məsələyə aydınlıq gətirən cənab Prezident Azərbaycan ordusunda yalnız türk istehsalı olan silahlardan deyil, bütün dünyanın tanınmış silah istehsalçılarında öz vəsaiti hesabına aldığı silahlardan istifadə edildiyini bildirmişdir. Son əks həmlə əməliyyatlarından Ermənistanın işğalçı ordusunun iki milyard dollara yaxın məbləğdə silahlarının Azərbaycan ordusu tərəfində məhv edildiyini deyən cənab Prezident həm maraqlı, həm də aktual bir sual ortaya qoydu. Ermənistan kimi kasıb bir ölkə bu qədər silahı kimin hesabına və necə əldə edir?! Əslində dünya birliyi Ermənistanın nağıllarına inanmaq əvəzinə bu kimi faktları araşdırsa daha yaxşı olardı.
Baxmayaraq ki, artıq 30 ilə yaxındır ki, münaqişə davam edir və hər iki tərəfdən də çox sayda həlak olan, yaralanan və xəsarət alan var, münaqişə sülh yolu ilə başa çatmalıdır. Azərbaycan bu yolu heç vaxt istisna etməyib və heç vaxt sülh prossesindən çıxmamışdır. Biz yalnız sülhə məcburetmə əməliyyatı həyata keçirdirik. Əlbəttə Ermənistanın hərbi-siyasi hakimiyyəti imkan versə hər iki xalq birgə yaşamağın mümkün yollarını müzakirə edib mümkün variantı tapardı. Əlbəttə bunu Gürcüstan və Rusiyada yaşayan erməni və Azərbaycanlılar bacarırsa bizdə regionda bacararıq. Ermənistan dövlət olaraq və Paşinyan baş nazir kimi sanki yalan danışmaqla qürur duyur. Azərbaycan ordusu 100 mindən artıq komplektləşdirməyə malikdir. Səfərbərliklə bu rəqəmi çox asanlıqla yarım milyona çatdırmaq mümkünkən niyə muzdlu döyüşçülərdən istifadə edilməlidir?! O qədər qeyri-ciddi iddialar və ittihamlar irəli sürür ki, düşmən ölkə bəzən cənab Prezident yalnız gülərək o iddialara cavab vermək məcburiyyətində qalır. Bütün Dağlıq Qarabağda PKK və digər erməni, kürt terror dəstələri yerləşdirilib. Bunu dəfələrlə sübut etsək də düşmən ölkənin baş naziri hələ də yuxu görməkdədir.
Cənab Prezident dəfələrlə demişdir ki, əgər Ermənistan hümanitar atəşkəsdən düzgün istifadə edərək konkret qrafiklə Azərbaycan torpaqlarını tərk etsə, bu ən çox onlara sərf edən variant olacaqdır. Yox əgər yenidən hiylə, yalan və təxribatlar törədəcəklərsə özləri peşman olacaqdır.
Cəhbə bölgəsində baş verən hadisələr göstərir ki, cənab Prezident haqlıdır.

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev

Keçidlər