Bizim ordumuz səbr, təmkin nümayiş etdirir və verilən sözlərə əməl edir. Biz öz haqlı davamızda öz haqq yolumuzda irəliləyirik.
Ümummilli liderimizin yadigarı, cənab Prezidentimiz millətimiz və xalqımız üçün üç sahədə aktiv mübarizə aparır. Ali Baş Komandanımız döyüş meydanında ordumuzu idarə edir, diplomatik sahədə aktiv danışıqlar aparır və eyni zamanda Ermənistan tərəfindən dünya ictimaiyyətin çaşdırılmasına qarşı ciddi mübarizə aparır. Belə ki, dünyanın ən nüfuzlu kanallarına –Əl -Cəzirə, CNN, SKy-News, Rusiyanın ORT1, Türkiyənin RBK TV kanallarına müsahibələr verir. Azərbaycan və haqlı olduğumuz Vətən müharibəmizin həqiqətlərini dünyaya çatdırır, Azərbaycan Respublikası ətrafında yaranan yalnış informasiya cəbhəsinin yarır .
Cənab Prezidentimizin müsahibələrindən onu necə savadlı, dünya görüşlü, uzaqgörən bir rəhbər olduğunu açıq-aydın görürük. Bu Ali Baş Komandanımızın Türkiyənin “Global Haber“ kanalına verdiyi müsahibələrdə öz əksini tapır. Prezidentimiz bu müsahibədə fəaliyyət planının bir çox sahələrinə toxunmuşdur.
Ali Baş Komandanımız 09.10.2020-ci il tarixində Sergey Lavrov, Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşdəki razılığa əsasən 10.10.2020-ci il saat 12:00-dan Humanitar atəşkəs elan edilməsindən sonra mənfur düşmənlərimizin hiylə işlətmələri barədə ətraflı məlumat vermişdir. Azərbaycanın hər zaman müharibə qanunlarına və Beynəlxalq normalara riayət etdiyini xüsusi vurğulamışdır. Mənfur düşmən hər zamankı kimi öz azğın əməllərindən əl çəkməmiş humanitar atəşkəsə heç bir məhəl qoymadan cəbhəyanı bölgələrdə yaşayan dinc əhalinin yaşıdığı əraziləri atəşə tutmuşdur. Bununla da kifayətlənməyərək Azərbaycan ordusunu və xalqını təhrik edərək 11.10.2020-ci il tarixində Azərbaycanın ikinci ən böyük şəhəri olan, cəbhədən 60 km uzaq məsafədə yerləşən Gəncə şəhərini toçka –U raketi ilə atəşə tutmuş və bunun nəticəsində 10 günahsiz insan həyatını itirmiş, 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almış, əhaliyə küllü miqdarda ziyan dəymişdir. Cənab Prezidentimizin idarəçiliyi və düzgün siyasəti nəticəsində xalqımız və ordumuz bu təxribata uymadı və başı hər zaman dik, fəxrlə Ali Baş Komandanımızın əmrinə tabe şəkildə onun ətrafinda yumruq kimi birləşdi.
Onun Beynəlxalq arenada Azərbaycanı necə təmsil etdiyinə hamımız şahidiyik və müsahibələrində tutarlı, dəqiq faktlarla çıxışı bir daha bizim necə müdrik bir rəhbərimizin olduğunu beynəlxalq aləmə sübut etdi. Dəfələrlə döyüşlərin Türkiyə tərəfindən idarə olunmasının göstərilməyə çalışılsa da, cənab Prezidentimiz qürurla qeyd edib ki, Türkiyə bizim qardaş ölkəmizdir. O həmişə mənəvi cəhtdən bizə dəstəkdir. Bu haqq davamızda bizim yanımızdadır. Hətta Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında dəfələrlə qeyd etmişdir ki, “Qüruru olan dövlətlər Azərbaycanın haqq davasında ona dəstək olmalı, onun yanında olmalıdırlar”. Eyni zamanda cənab Prezidentimiz onu da vurğulayıb ki, “on milyonluq Azərbaycan xalqı üçün iki milyon əhalisi olan Ermənistan işğalçıları ilə mübariz aparmağa bizə heç bir kənar qüvvənin köməyinə ehtiyac yoxdu”.
Biz rəhbərimizlə fəxr edirik onun ətrafında bir millət, bir yumruq olaraq birləşməyə və onun əmrinə tabe olmağa hər zaman canla, başla hazırıq.
Cənab Prezidentimizin necə humanist bir insan olduğu onun atdığı addımlardan açıq-aydın görünür. Belə ki, Azərbaycan ordusu hər cəhətdən Ermənistanı çökdürməyə, susdurmağa və geri otuzdurmağa qadirdir. Amma bizim rəhbərimiz günahsız insanların həlak olmasına heç bir vəclə razı olmur və elə bir taktikalardan istifadə edir ki, Cenevrə müqaviləsini pozacaq heç bir addım atılmayaraq düşmənin yalnız hərbi qüvvələri məhv edilir və geri çəkilməyə məcbur edilir.
Cənab Prezidentimiz çıxışlarında və müsahibələrində dəfələrlə vurğulayırkı, biz müharibə istəmirik, sülh yolu ilə ərazi bütövlüyümüzü bərpa etməyə çalışırıq. Amma əgər Ermənistan öz işğalçı əməlindən əl çəkməsə torpaqlarımızı işğaldan azad edəcəyik. Humanitar atəşkəs sülh demək deyil. Bu müharibənin humanitar qanunlarından biridir ki, həlak olmuş hərbiçilərin döyüş bölgələrindən çıxarılması üçün şərait yaradılsın. Amma tarix boyu yalan, təxribat və terrorla nələrəsə nail olan düşmən yenə öz çirkin əməllərindən qalmırlar. Bizim ordumuz səbrlə, təmkin nümayiş etdirirlər və verilən sözlərə əməl edirlər. Bu yalan və təxribatların cavabı isə cənab Prezidentimizin əmri ilə döyüş meydanında verilir. Biz öz haqlı davamızda öz haqq yolumuzda irəliləyirik. İnşallah Cənab Prezidentimizin sayəsində tezliklə torpaqlarımızı azad edəcəyik. Qarabağ Azərbaycandır!
“Azərbaycanın hər bir rayonunda, hər bir kəndində Azərbaycan bayrağı dalğalanacaq.” Azərbaycan Respublikasının vitse –prezidenti Mehriban Əliyeva.
E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin direktor əvəzi Kəmalə Məmmədova