BİZ QALİB GƏLƏCƏYİK!
BİZ QALİB GƏLƏCƏYİK!
Hər zaman sülh tərəfdarı olan,heç kimin malında,torpağında gözü olmayan,torpaqlarının qaytarılmasını səbrlə 30 il gözləyən Azərbaycan xalqı bu dəfə də işğala məruz qaldı.
Moskva danışıqlarının əsas məqsədi müharibə yaşayan Ermənistan və Azərbaycan arasında atəşin dayandırılması, humanitar rejimin yaradılması olsa da, yalançı, riyakar Ermənistan öz tülkü addımları ilə bu dəfə də faşist mövqeyini nümayiş etdirdi. Sakit əhaliyə hücum edən, günahsız körpələri ağlar qoyan əqidəsiz, məsləksiz ermənilər bu dəfə də gözlənilmədən Gəncəyə hücum edərək Atəşkəsi pozdu! Bu dəfə artıq azərbaycanlılar humanist olsalar belə düşməni cavabsız qoya bilməz!
Bu döyüş o döyüş deyil!
O döyüş deyil ki, inandıq, insanlıq etdik, humanisliyimiz dünyaya yayıldı. Amma torpaqlarımız işğalda qaldı.
Bu döyüş o döyüş deyil ki, unudaq ağrı acıları, unudaq şəhidləri, şəhid analarının göz yaşlarını, məğrur, lakin bala həsrətli ana baxışlarını!
Bu döyüş o döyüş deyil!
30 il ! Düz 30 il dözdük, ümid etdik! Düz 30 il !
Uzaqgörən, aydın zəkalı gözəl komanda birliyi yaradan, insanlara etibar edən, xalqı üçün yaşayan Prezident, Ali Baş komandan İlham Əliyev bu dəfə “Ayağa qalx Azərbaycan!” komandasını verdi.
Azərbaycan ayağa qalxdı. Bir kəlməsi ilə daşı daşdan ayıran, dağları aşan, zirvələrdə bayraqlar dalğalandıran oğullar ayağa qalxdı! Böyük Qardaş Türkiyə haqsızlıqlarla barışmadı. Qardaş mövqeyini dünyaya bəyan etdi!
Dinc xalqın Atəşkəsdən sonra Ermənistanın Vardenis rayonunun raketlərdən atəşinə məruz qalmasına biganə qalmayan dostlar, Türkiyə, Pakistan bütün silah sürsatı, hərbi texnikası, canlı qüvvəsi ilə bizimlədir! Biz birlikdə güclüyük! Biz Ermənistanı, sonradan formalaşan, milliyyəti olmayan bu xalqı yer üzündən silə bilərik. Biz buna qadirik! Yetər ki, Biz pis niyyətli olaq.
Biz Azərbaycan xalqı sülh niyyətliyik! Hər zaman humanistliyimizlə dostlar qazanmışıq. Bu dəfə də son şans verdik.
Ermənistanda məcburi qandallanaraq müharibəyə göndərilən insanların anaları ağlamasın deyə humanitar Atəşkəsə getdik. Son dəfə! Biz analar ağlamasın istədik. Biz körpələr atasız böyüməsin dedik. Biz humanist niyyətli olduq.
Biz Güclüyük! Birlikdə çox Güclüyük!
Bizi xalq olaraq əzmək, sındırmaq, incitmək olmaz.
Biz o şirik ki, ağıryana, səbrlə sonu gözləyirik. Yatmış görünsəkdə, yatmamışıq. Bu gün dünya bilsin ki, yatmış sandıqları şir qarşısına çıxan hər maneəni iri pəncələri ilə dağıtmağa, hər çətinliyə qalib gəlməyə qadirdir! Şir şücaətli, şir cəsarətli oğulları var bu torpağın! Torpaqdan pay olmaz! Qarabağ Azərbaycandır! O Azərbaycanın olub və olacaq! Biz Qalib Gələcəyik!
Bünyadəli Qulamoğlu adına 285 saylı tam orta məktəbin direktoru Səfurə Rəhimova