Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan işğal altındakı torpaqları istər sülh, istərsə də müharibə yolu ilə azad etməyə qadirdir.

06 oktyabr 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən bütün cəbhə boyu əks-hücum əməliyyatı başlanması barədə qərar verilmişdir.  Azərbaycan ordusu düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur etmiş, bütün cəbhə boyu əks-hücuma keçərək bir sıra yüksəkliklər və kəndlər nəzarətə götürülmüşdür. Bu gün bütün dünyanın diqqəti Qafqazda baş verən proseslərdədir. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda siyasi, iqtisadi gücə sahibdir. Cənab Prezident İlham Əliyevin dünyada siyasi gücü və siyasi iradəsi Azərbaycanı beynəlxalq arenada yüksək səviyyədə tanıtdırır. Azərbaycan öz siyasi marağını ortaya qoyaraq, Ermənistan tərəfinin heç bir şərtini qəbul etmədən, hec bir razılığa gəlmədən torpağlarımızdan erməniləri təmizləməyə çalışır. 30 ildir Ölkə başçısı sülh yolu ilə danışıqlara gedir, beynəlxalq konvensiyalara, beynəlxalq müqavilələrə söykənərək Qarabağ məsələsini həll etməyə çalışır. Hər dəfə Ermənistan tərəfi bu qaydalara zidd olaraq əks təbliğatlar aparır, atəşkəsi pozur. Ancaq zaman yetişdi. Bu gün minlərlə insanlar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək verilən tapşırığı icra edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Bizim rəşadətli, qüdrətli ordumuz bir sıra rayon və kəndləri işğaldan azad edir, həmin strateji məntəqələrdə milli qürur mənbəyimiz olan üçrəngli  bayrağımız dalğalanır. Bəli, bu gün dünya mətbuatını və dünya mediasını izləyəndə açıq-aşkar görürük ki, Ermənistan təlaş, təşviş içindədir. Ermənistanın baş naziri Paşinyan dünya liderlərinə yalvararaq Ali Baş Komandan İlham Əliyevlə danışıqlara getməyi və şərtləri yenidən müəyyənləşməsini istəyir. Ancaq biz televiziya vasitəsi ilə cənab Prezidentin çıxışına baxır, ruhlanır və eşidirik ki, biz yalnız bir şərtlə atəşkəs elan edə bilərik. Erməni tərəfi işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalı, ərazini tərk etməlidirlər. Əks təqdirdə biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadirik və bütün dünyaya, regiona sübut edirik. Ölkəmiz üçün, millətimiz üçün tarixi, siyasi əhəmiyyət kəsb edən bu çətin, amma şərəfli, məsuliyyətli günlərdə xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib, milli kimlik, milli ruh mövqeyini ortaya qoymuşdur. Xalqımız ordumuza, zəfərin, qələbənin çox yaxında olacağına inanmışdır. Bütün dünya Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdən bəhs edir. Təbii ki, Azərbaycan tərəfi haqlıdır, bütün dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, dəstəkləyir, Ermənistan Respublikasının qəsbkar olduğunu, işğal etmiş olduğu ərazidən çıxması barədə sanksiyalar tədbiq etmişdir.
Əslində Azərbaycan tərəfi sadəcə bir məsələni istəyir- torpaqlar geri qayıtmalı, ermənilər torpaqlardan çıxmalıdırlar. Azərbaycan tərəfi illərdir bu məsələni, yenə dönə-dönə vurğulamaq istəyirəm ki, sülh yolu ilə ilə həll etməyə cəhd etdi. Beynəlxalq təşkilatlara dəfələrlə müraciət olundu, ATƏT-in MİNSK qrupu dəfələrlə monitorinq yoxlamalar təşkil etdi. İllərdir, bizi nəyəsə alışdırmağa, nəyəsə bizi inandırmağa çalışırlar. Biz sadəcə bizə aid olanı istəyirik. Balacadan tutmuş böyüyə kimi hamımız milli mücadilədə bir yerdə olub, Ulu öndərin bizə  miras qoyduğu, Prezidentimizin layiqincə həyata keçirdiyi Azərbaycançılıq, dövlətçilik ideyalarını qorumaq, torpaqlarımıza sahib çıxmaqdır. BMT illərdir Ermənistan Respublikasına sanksiyalar tədbiq edərək, erməniləri Qarabağdan çıxmağa, Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qətnamələr qəbul etmişdir. Əminliklə deyə bilərəm ki, biz bununla razılaşa bilmərik.
Bütün dünya bunu bu cür qəbul edir. Ermənistan Respublikası illərdir beynəlxalq normalara zidd hərəkət edir, beynəlxalq təşkilatların qəbul etdiyi qaydalara, qərarlara, tapşırıqlara əməl etmir. Sanksiyalara məhəl qoymur. Bəs niyə indi dünyaya car çəkir, dünyadan yardım istəyir?! Biz illərdir deyirik ki, torpaqlarımızdan çıxın, öz evlərinizə qayıdın.
Bu gün qüdrətli ordumuz erməniləri məğlub edir, texnikalarını ələ keçirir. Münaqişənin bir həlli var, dəfələrlə cənab Prezident İlham Əliyev çıxışlarında bildirmişdir – “Siz bizə heç bir şərt irəli sürə bilməzsiniz. Biz kiminsə torpağını işğal etməmişik. Ermənistan işğalçı bir dövlətdir”. Beynəlxalq tribunalarda İlham Əliyev öz çıxışlarında, daim Ermənistanın işğalçı dövlət olduğunu bəyan etmişdir. Bütün dünya bunu bilir ki, Ermənistan Respublikası münaqişənin sülh yolu ilə həllində həmişə öz mövqeyini ortaya qoymuş, qaydalara, şərtlərə əməl etməmişdir. Həmişə Ermənistan müzakirəni pozan tərəf kimi tanınmışdır.
Azərbaycanda hərbi vəziyyət elan edilən zaman Azərbaycan Respublikası bəyanat verərək, müharibə ənənələrinə uyğun olaraq heç bir dinc əhaliyə və mülkü obyektlərə toxunmayacağı barədə qərar qəbul etmişdir. Bu Azərbaycanın demokratik və dünyəvi dövlət olduğunu, və bu məsələdə həssas mövqe nümayiş etdirdiyinin bariz nümunəsidir. Ancaq qarşı tərəf isə mülkü əhaliyə atəş açır, mülkü obyektlərə ziyan vurur. Təbii ki, bütün dünya bunu görür, öz mövqeyini bildirir. Ermənistan işğalçı bir dövlətdir, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmuşdur, beynəlxalq normalara zidd hərəkət edərək öz siyasi fikrini ortaya qoymuşdur. Azərbaycan tərəfi isə demokratik, hüquqi, dünyəvi bir dövlət olduğunu, sadəcə öz torpaqlarından işğalçı qüvvələri təmizləməyə çalışır. Beynəlxalq normalara, hərb qaydalarına əməl edir. Bu Azərbaycanın siyasi mövqeyidir.
Qarabağ Azərbaycanın tərkib hissədir!  Qarabağ Azərbaycandır!

118 saylı tam orta məktəbin Təriyə işləri üzrə direktor müavini Cavid Cəfərzadə

Keçidlər